İslamın nəzərinə görə məscid sadə olmalıdır, yoxsa zinətli?
Mьəllif: admin1
Tarix: 9-12-2019, 10:37
İslamın nəzərinə görə məscid sadə olmalıdır, yoxsa zinətli?
İslam dini kamil din olaraq buyurur ki, məscidlər sadə olmalıdır və hər bir təmtəraqdan çəkinmək lazımdır.

Dinimiz buyurur ki, məscidlərinizi yəhudilər və xristianlar kimi bəzəməyin ki, zinət məkanına çevrilməsin. Peyğəmbərimiz (s) bu haqda buyurur: “Məscidlərinizi zinətləndirməyin, necə ki, yəhudilər və xristianlar öz ibadət yerlərini zinətləndiriblər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O zaman ki, bir dəstənin əməli pis olar – məscidlərini zinətləndirərlər”.

Dinimiz buyurur ki, məscid – ibadət və bəndəlik məkanı olmalıdır və insanı dünya zinətlərindən ayırmalıdır. Onu həddən artıq bəzəmək dünyaya bağlılıq gətirər.

İmam Sadiq (ə) buyurur: “Üç şey Allah yanında şikayət edərlər: namazqılanı olmayan xarab məscid, nadanlar arasında yaşayan alim, qiraət olmayan Quran”.

Həzrət Peyğəmbər (s) buyurur: “Axıril-zamanda elə vaxt gəlib çatacaqdır ki, bir dəstə məscidə gələcək və bir yerə toplaşacaqlar.

Söhbətləri isə dünyadan və dünya sevgisindən olacaqdır. Onlarla yoldaş olmayın və Allahın onların ibadətinə ehtiyacı yoxdur”.

Beləliklə deyə bilərik ki, məscidlər möminlərin ibadət məkanı olmalıdır, dünya sevgisini artıran yer deyil. Ona görə də onu həddən artıq zinətləndirməyə dinimiz tərəfindən icazə verilmir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930