Evində tikanlı ağac əkənlər
Mьəllif: admin1
Tarix: 5-12-2019, 19:53
Evində tikanlı ağac əkənlər
O kəs ki, uzun arzulara malikdir – özü üçün pis yol seçmişdir. Çünki arzuların həyata keçməsi insandan asılı deyildir. Bu səbəbdən çalışar ki, hansı yolla olursa-olsun, hədəfinə çatsın. Bu yolda günah da edər, insanlara zülm də edər, cinayətə də qol qoyar.

Əgər tarixə nəzər salsaq, görərik ki, çox sayda insan öz uzun arzularını həyata keçirtmək üçün nə qədər günahsız insanı qətl etmiş və nə qədər məhbusu zindanda çürütmüşdür.

Əgər kiminsə hədəfi yaxşıdır və bu hədəfə pis yolla çatmaq istəyirsə – özü qazdığı quyuya özü düşər. Hamıdan daha gec məqsədinə çatar.

“Onların bu dünya həyatında (İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər”. (“Ali-İmran” 117).

Firdovsu deyir ki, insan Qətat ağacını əkməklə məşğuldur. Bu ağac çoxlu tikanları olan meşə ağacıdır ki, heç bir meyvəsi olmaz. Onu işi ancaq tikan çıxartmaq olar.

Sanki bir insan bu ağacı evində əkər və onu sulayar, ona qulluq edər. Ancaq nə qədər meyvəsini gözləsə də, nəticə əldə edə bilməz.

Çünki bu ağac bar verməz. Onun işi – tikan yetişdirməkdir. Uzun arzular da bu ağaca bənzəyir. İnsan üçün ancaq tikanlar yetişdirir.

İnsan özü öz əli ilə bu ağacı əkər və gərək nəticəsinə də özü cavab versin.

Ona görə də əgər insana ağıllı insanlar deyirsə ki, bu ağacı əkmək – mənasız bir işdir – gərək bu məsləhətə qulaq assın. Ondan çəkinmək lazımdır. Çünki bu əməl onun abrını aradan apara bilər.

“Və şübhəsiz, onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər; Allahın (ruh və cisimdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm.

Kim Allahın yerinə şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.

Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir”. (“Nisa” 119-120).

Beləliklə, deyə bilərik ki, uzun arzular insanı məhv edər və onu günaha tərəf sürükləyər. Çünki bu əməl – şeytanın əməlidir.

Bilmək lazımdır ki, uzun arzulara malik olan insanların başçısı da məhz şeytandır.

Allah Təala bizləri uzun arzulardan qorunanlardan qərar versin, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930