Əhdə vəfa ilə nəzirin nə kimi fərqi var?
Mьəllif: admin1
Tarix: 5-12-2019, 19:46
Əhdə vəfa ilə nəzirin nə kimi fərqi var?
Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, əhdinə vəfa etməz – onun dini olmaz”.

Bəs əhdə vəfa etmək nəyin nişanəsidir?

1. İmanın göstəricisidir. “Və o kəslər ki, özlərinin (xalqla və Yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.

Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar.

Onlardır varislər!”. (“Muminun” 8-10).

2. Salehlərin əməlidir. “Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq – Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını – çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq – Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə, yaxşılıq üç cəhətdən – etiqad, əməl və əxlaqdan ibarətdir)”. (“Bəqərə” 177).

3. Vədə – bir növ nəzirdir və hər kim nəzirini yerinə yetirməz – günah işlətmiş olar. İmam Sadiq (ə) buyurur: “Mömin qardaşın başqasına verdiyi vədə – bir növ nəzirdir ki, ona vəfa etmək lazımlıdır, bir fərqlə ki, kəffarəsi yoxdur.

Hər kim verdiyi vədə vəfa etməz – Allahla müxalifətlik etmiş olar və özünü Allahın qəzəbində qərar verər”.

4. Möminlərin nişanəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, Allaha və Qiyamət gününə imanı vardır, gərək verdiyi vədəyə əməl etsin”.

5. Vədəyə xəyanət etmək – nifaqın əlamətidir. Həzrət Peyğəmbər (s) buyurur: “Münafiqin üç nişanəsi vardır: yalan danışmaq, əhdə vəfa etməmək və əmanətə xəyanət etmək”.

6. Vədəyə əməl etməmək Allahın qəzəbinə səbəb olar. İmam Əli (ə) Malikə buyurur: “Çəkin ondan ki, insanlara vədə verəsən və əməl etməyəsən. Çünki Allahın və insanların qəzəbinə səbəb olar”.

Allah Təala bizləri əhdə vəfa edənlərdən qərar versin, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031