Üç böyük bəla
Mьəllif: admin1
Tarix: 3-12-2019, 22:21
Üç böyük bəla
“Kumeyl” duasında belə bir cümlə var:

اَللّهُمَّ عَظُمَ بَلائي وَاَفْرَطَ بي سُوءُ حالي وَقَصُرَتْ (قَصَّرَتْ) بي اَعْمالي وَقَعَدَتْ بي اَغْلالى وَحَبَسَني عَنْ نَفْعي بُعْدُ اَمَلي (آمالي) وَخَدَعَتْنِي الدُّنْيا بِغُرُورِها وَنَفْسي بِجِنايَتِها (بِخِيانَتِها) وَمِطالي

“İlahi, bəlam böyük olmuş, pis halım hədsiz artmış, (qiymətsiz) əməllərim əl-qolumu gödəltmiş, (Səndən ayıran) zəncirlərim məni əsir etmiş, uzun arzularım xeyrimin qarşısını almış, dünya məni öz hiylələri, nəfsim isə cinayətləri (xəyanətləri) və öz səhlənkarlığımla məni aldatmışdır.”

Kəramət və bəsirət sahibləri böyük bəlanın nə olduğu haqda gözəl fikirlər irəli sürmüşlər:

1. Günah:

Qeyd olunur ki, “bəla” dedikdə xəstəliklərin ən böyüyü olan günah nəzərdə tutulur. Əgər insan tövbə və saleh əməl vasitəsilə bu xəstəliyi müalicə etməsə, qəlbi ölümə məhkumdur.

Qəlb öldükdən sonra Allahla bəndə arasındakı bağlar qırılır və insan Allahın rəhmətindən məhrum olur. İmam Səccad (ə) “Taibin” duasında bu həqiqətə işarə edərək belə deyir: “Böyük cinayətim olan həmin günahkarlığım qəlbimi öldürmüşdür.”

Əbuzərdən hansı xəstəliyə düçar olduğunu soruşdular. Cavab verdi ki, «günahlarımın xəstəliyinə.»

2. Allaha yaxın məqamdan uzaqlıq:

Alimlərin fikrincə «böyük bəla» Allaha yaxın məqamdan uzaq düşməkdir. Bu elə bir məqamdır ki, iman, saleh əməl və gözəl əxlaq vasitəsilə əldə edilir, Qiyamətdə insanın peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə yoldaşlığına səbəb olur.

Belə bir məqamdan uzaq düşənlər, nəhayət, insanlıqdan, iman və saleh əməllərdən əsər-əlamət olmayan bir səviyyəyə – şeytanlara və dördayaqlı heyvanlara məxsus bir səviyyədə enirlər.

İlahi məqama doğru daim hərəkətdə olanlar xüsusi feyzlərdən faydalanırlar. Bu feyzlərin təsirindən insan vəsfəgəlməz bir şadlıqla ibadət edir, xalqa yardım əlini uzadır. Belələri üçün xalis bəndəlikdən başqa bir iş yoxdur. Onların yeganə arzusu məhbubun ağuşuna yetişməkdir.

Yusif Siddiq ilahi eşqin təsiri altında Kənanın evini məscidə döndərdi. Yolun başlanğıcında röyalar aləminə səyahət edib bəzi məqamlardan xəbərdar oldu.

Züleyxa üçün zəlalət uçurumu olan saray Yusif üçün yüksəliş zirvəsinə döndü. Yusif zindanı ibadət məkanına çevirdi. Nəhayət, Misir soltanlığını xalqa xidmət üçün vasitə etdi.

3. Cəhalət və nadanlıq:

Cəhalət və nadanlıq da «böyük bəla» hesab olunur. Bütün bədbəxtliklərin və məhrumiyyətlərin kökü nadanlıqdır. İmam Əli (ə) buyurur:

“Cəhalət xəstəlik və gücsüzlükdür.”

“Cəhalət xəstəliklərin ən şiddətlisidir.” (“Qurərul-hikəm”, səh.73.)

“Cəhalət diriləri öldürür, bədbəxtlikləri əbədi edir.”

“Cahil təqsirini anlamır, nəsihəti qəbul etmir.”

“Cahil diri olsa da, ölüdür.” (“Qurərul-hikəm”, səh.75.)

“Cahil su axmayan daş, budağı cücərməyən ağac, otsuz torpaqdır.” (“Qurərul-hikəm”, səh.74.)

İmam Əli (ə) bir duasında Allaha belə münacat edir: “Mən cəhalət və nadanlığı səbəbindən Sənə itaətsizlik göstərmiş, günaha batmış, Səni unutmuş və dünyaya könül vermiş cahiləm.” (“Biharul-ənvar”, c.94, səh.219; “Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.201-205.)
(Maide.az)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031