Allah ‘Şüəra’ surəsini oxuyana...
Mьəllif: admin1
Tarix: 2-12-2019, 22:39
Allah ‘Şüəra’ surəsini oxuyana...
Qurani-Kərimin 26-cı surəsində yer alan “Şüəra” surəsi 227 ayədən ibarətdir və təfsir alimləri arasında məşhur nəzərə görə, son dörd ayədən başqa, digər ayələr Məkkədə nazil olmuşdur. Bu surə “Bəqərə” surəsindən sonra ən çox ayəsi olan surədir.

İslam Peyğəmbərindən (s) “Şüəra” surəsinin əhəmiyyəti və oxunuşunun savabı haqda nəql olunan bir hədisdə belə oxuyuruq:

وَمَنْ قَرَأَ سُورَةَ الشُّعَرَاءِ كَانَ لَهُ مِنَ الأَجْرِ عَشْرُ حَسَنَاتٍ ، بِعَدَدِ مَنْ صَدَّقَ بِنُوحٍ وَكَذَّبَ بِهِ ، وَهُودٍ وَشُعَيْبٍ وَصَالِحٍ وَإِبْرَاهِيمَ ، وَبِعَدَدِ مَنْ كَذَّبَ بِعِيسَى ، وَصَدَّقَ بِمُحَمَّدٍ (صَ)

“Şüəra surəsini oxuyana Nuh, Hud, Şüeyb, Saleh və İbrahimi (ə) təsdiq və təkzib edən, eləcə də, İsanı (ə) təkzib və Muhəmmədi (s) təsdiq edən hər bir kəsin sayı qədər on savab əta olunar.” (“Təfsiri-nümunə”dən nəqlən,15-ci cild, səh.180.)

Aydındır ki, bu qədər savab təfəkkür və əməllə yanaşı oxunuşa aiddir.


Maide.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930