Xəbərdarlıq və müjdə arasında olan həyat
Mьəllif: admin1
Tarix: 1-12-2019, 22:19
Xəbərdarlıq və müjdə arasında olan həyat
Ayətullahul-üzma Sübhani təfsir dərsində buyurmuşdur: “Allah Təala “Zumər” surəsinin 9-cu ayəsində buyurur: “(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?». Yalnız əsil ağıl sahibləri ibrət götürərlər”.

Allah Təala bu ayədə bəyan edir ki, o kəs ki, Allaha küfr etmişdir, Allaha daima ibadət edənlə eynidirmi?

Bəs niyə Allah bu ayədə məhz gecə namazının adını çəkmişdir?

Gecə adət üzrə yatmaq vaxtıdır. Təbiidir ki, gecə olan zaman insan yatmalıdır. Ancaq o kəs ki, yuxusundan keçir və gecə ibadəti ilə məşğul olur – Allahın xüsusi bəndəsinə çevrilir. Hər kim ki, xəlvətdə gecə namazı qılar – şübhəsiz ki, bunu riya üzündən etməz.

İlahi peyğəmbərlərin (ə) iki mühüm sifəti vardır: biri xəbərdarlıq etmək və digəri müjdə verməkdir. İslam dini elə dindir ki, həm xəbərdarlıq edir, həm də müjdə verir.

İnsan da Qiyamətdən qorxmalı və həm də ümid bəsləməlidir. Ona görə də ancaq qorxudan və ya ümiddən danışmaq lazım deyildir, əsil məqsəd odur ki, Allah bu iki şey arasında etidal qərar versin. Yəni, Allah bəndəsi eyni səviyyədə qorxmalı və ümid bəsləməlidir. Heç biri o birisini üstələməməlidir.

Bu dünyada insanlar arasında fərq yaradan amil – insanların elmidir. Ancaq elə bir elm ki, Allaha xidmət edər. Əgər insanın elmi və dərki olmazsa, o kəslərdən olar ki, qan tökərək İslamın abrını aradan apararlar.

Ancaq Allah elmi insanı ucalda bilər. İnsanlar bu elm sayəsində Allaha yaxınlaşarlar. O elm ki, insanları qətl etməyə xidmət edir, o, elm deyildir, əslində düşmənlərin əlində olan silahdır.

Hər kəsin özünəməxsus ömrü vardır. Ona görə də bəndə çalışmalıdır ki, ömrünü hədər etməsin. Yəni, aqibəti xeyirli olar. Ömər ibni Səd (lən) kimi olmasın ki, ömrünün cavan çağında mömin idi, yaşlaşan zaman isə kafir olur.

Quranın bu haqda çoxlu dastanları vardır. Bu dastanlara və tarixə baxaraq, insanların necə kafir olmasını və dinindən dönməsinin şahidi ola bilərik.

Allahın bizə verdiyi ömrü Onun istədiyi kimi yaşayaq və Allaha yaxın olaq”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930