Evlilikdə gözəllik amili
Mьəllif: admin1
Tarix: 21-11-2022, 10:09
Evlilikdə gözəllik amili
Gözəllik – təbii bir üstünlükdür və ailə səadətinin təmin edilməsində təsiri vardır. Cütlər bir-birinin xoşuna gəlməlidirlər.

Gözəlliyin bir standart ölçüsü yoxdur. Bəlkə hər kəsin zövqündən asılıdır. Biri üçün gözəl olan, başqası üçün çirkin ola bilər. Evlənən cütlər arasında cəzbetmə olmalıdır. Bir-birini həm zahiri və həm də batini cəhətdən bəyənməlidirlər.

Əgər kişi ailə qurduğu qadının zahirini bəyənməzsə, istər-istəməz ailə həyatı boyunca bu amil ona təsir edər.

Həyat yoldaşının zahiri cəhətdən bəyənilən olması qarşı tərəfin iffət və imanına müəyyən təsir qoyar.

Hər bir halda gözəllik kamal sifətlərindən biridir ki, əgər əxlaq, ağıl, ailə şərafəti ilə birlikdə olarsa, dəyər əldə edəcəkdir. Əks halda, ailə həyatının qurulmasında əsil amil kimi təyin edilə bilməz.

Ona görə də deyə bilərik ki, gözəllik o zaman dəyər əldə edir ki, kənarında başqa fəzilətli sifətlər olsun. Gözəllik əgər əxlaq, ağıl, iman, təqva və sair kimi fəzilətli sifətlərlə birlikdə olmazsa, heç bir üstünlük kimi təyin edilə bilməz. Əksinə, təhlükəli bəla olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Çəkinin o güllərdən ki, zibil üzərində cücərmişdir”.

Soruşurlar ki, bu sözün mənası nədir?

Həzrət buyurur: “O gözəl qadındır ki, pis ailədə böyümüşdür”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930