İmamlar (ə), Əhli-Beyt (ə) davamçılarına görə istiğfar edərlər
Mьəllif: admin1
Tarix: 27-11-2019, 20:59
İmamlar (ə), Əhli-Beyt (ə) davamçılarına görə istiğfar edərlər
Kamil insan – bu dünyanın xəlifəsidir. Ona görə də kamil insan başqalarının müvəffəqiyyətinə sevinən və günahkarlara görə qəmgin insan olar.

Necə ki, bədənimizin bir hissəsi ağrıyanda, başqa üzvlər də ağrıyar və narahat olar – kamil insan da o cürdür. Başqalarının günahını görən zaman narahat olar və ona görə tövbə edərlər.

Əlbəttə, bu dünyada yaşayan kamil insanlar fərqlidirlər. Onların bəzisi hətta mələklərdən belə kamildirlər.

Allahın Peyğəmbəri (s) buyurur: “Ey Əbazər! Sən bizim Əhli-Beytdənsən”.

Başqa yerdə buyurur: “Həqiqətən, xüsusi və xalis Əhli-Beyt (ə) davamçısı – biz Əhli-Beytdəndir (ə)”.

Başqa kamil insanlar haqqında deyə bilərik ki, onlar – şəhvət və qəzəb hisslərinə qalib gəlmiş insanlardırlar. Allah bu cür bəndələrini sevər və onları İlahi əzabdan amanda saxlayar.

O zaman ki, Peyğəmbərin (s) mübarək dişi sınır, səhabələri istəyirlər ki, düşməni nifrin etsinlər. Ancaq Həzrət (s) qoymadı və əllərini səmaya açıb, dedi: “Allahım, mənim qövmümü bağışla. Həqiqətən onlar (nə etdiklərini) bilmirlər”.

Həzrət (s) əgər düşmənlərinə bu qədər can yandırırsa, öz davamçılarına nə qədər məhəbbət bəslədiyini artıq təsəvvür belə etmək olmaz.

Allahın Rəsulu (s) buyurur: “Ey Əli! Sənin davamçılarının əməlləri hər cümə günü mənə təqdim olunur. Ona görə də saleh əməllərinə görə sevinir və pis əməllərinə görə istiğfar edirəm”.

İmam Rza (ə) buyurur: “Hər kim bizim davamçılarımızla düşmənçilik edər – bizimlə düşmənçilik etmiş olar”.

İmamlarımız (ə) öz davamçıları ilə bağlı buyururlar ki, hər kim onları düşmən bilsə, biz də onu düşmən bilərik. Hər kim onları sevsə, biz onları dost bilərik.

İmamlar (ə) buyurur ki, bizim davamçılarımız Allah nuru ilə baxarlar və İlahi rəhmətə qərq olarlar. Allahın kəramətindən bəhrələnərlər.

Bizim davamçılarımızdan hər kim xəstələnərsə, biz də onun xəstəliyinə görə xəstə olarıq. Qəmgin olan zaman – biz də qəmgin olarıq. Sevinən zaman biz də sevinərik.

Bizim davamçılarımız istər şərqdə olsun, istərsə də qərbdə - bizim diqqətimiz həmişə onlara şamil olar.

Allahım, bizləri həqiqi Əhli-Beyt (ə) davamçılarından qərar ver!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031