Qiyamət günü hesab verməyin ən çətin mərhələsi hansıdır?
Mьəllif: admin1
Tarix: 27-11-2019, 12:24
Qiyamət günü hesab verməyin ən çətin mərhələsi hansıdır?
Hədislərdən və Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, Qiyamət günü hesab verməyin ən çətin mərhələsi – haqqun-nasdır.

Qiyamət günü taciri gətirərlər və deyərlər ki, sən filankəsi filan iş üçün tutmuşdun, ancaq onun muzdunu verməmisən. İndi ver görək, necə verəcəksən?!

Haqqun-nas elə bir şeydir ki, insanı ən son mərhələdə behiştdən saxlayar və cəhənnəmə göndərər. Hədislərimiz buyurur ki, siratın yeddi dayanacağı vardır ki, onun ən sonuncusu haqqun-nasdır.

İnsan bütün dayanacaqlardan keçər və gəlib çatar sonuncu dayanacağa. Ona deyərlər ki, sənin boynunda haqqun-nas vardır və üzü aşağı cəhənnəmə atarlar.

Necə də ağır bir hesabdır!

İmam Sadiq (ə) buyurur: “Borclu olanı Qiyamət günü hazır edərlər. O halda ki, dəhşət və qorxu içində olar. Əgər həsənələri (savabları) varsa, ondan alarlar, borclu olduğu şəxsə verərlər. Əgər həsənələri olmasa, borclu olduğu şəxsin günahlarından götürər və ona verərlər”.

Qiyamət günü ola bilsin ki, Allah Öz haqqından keçsin, ancaq haqqun-nasdan keçməyi mümkünsüzdür. Məgər o halda ki, qarşı tərəf özü bağışlayar və güzəşt edərsə.

Əmirəl-möminin (ə) buyurur: “Zülm üç cürdür. Birincisi – bağışlanmayan zülmdür, ikincisi o zülmdür ki, hesab vermədən boş buraxılmaz. Üçüncü zülm – bağışlanacaqdır.

O zülm ki, bağışlanmaz – Allaha şirkdir.

O zülm ki, bağışlanar – hər bir insanın özünə etdiyi kiçik zülmlərdir.

Ancaq o zülm ki, hesabsız bağışlanılmaz – bəndələrin bir-birinə etdikləri zülmdür".

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qisasdan qorxursa, insanlara zülm etməkdən çəkinsin”.

Beləliklə deyə bilərik ki, Qiyamət gününün ən ağır hesabı – haqqun-nas olacaqdır. Ona görə də hələ ki, fürsət var, bu zülmə görə tövbə edin və qarşı tərəfdən halallıq alın. Əks halda, Qiyamət günü həsrət çəkənlərdən olarsınız.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031