Namaz nədir? Nə üçün bəzi cavanlar namazdan uzaqlaşırlar?
Mьəllif: admin1
Tarix: 27-11-2019, 10:54
Namaz nədir? Nə üçün bəzi cavanlar namazdan uzaqlaşırlar?
Ey Bahar, rəhmət nəsimiylə canımızı təzələ, müvəffəqiyyət yolunu bizlərdən əsirgəmə![1]

İlahi kimdir ki, məhəbbət şərbətin sənin əlindən meyl (nuş) etdi və bəndəlik sırqasını bir daha qulağından asdı.!?

Hansı nərgiz, ehtiyac ayağını sənin çeşməndə yuyub, aşiqanə gözlərini sənə dikmədi?

Ey əziz, hansı mavi su nilufəri sənin eşqinə baş vurub sənin məhəbbətinin cazibəsin görərək fikrə daldı? Ey məşuq, hansı insan, eşq alnını sənin ibadətinlə torpağa qoyub, sənin şirinliyini dadıb başqa birinə ürək bağladı?![2]

Mərifət əhlinin və eşq sahiblərinin mənəvi meracı namazdır. Seyr və süluk əhlindən hər kəsin namazı onun özünə məxsus və onun məqamının göstəricisidir.

Bir zaman Qurani kərim namazdan söz açıb buyurur: "Namaz qılınki, məni xatırlayasınız"[3] və mən namaz vasitəsiylə sizin yadınızda oluram. Əgər Allahı yad etmək namaz vasitəsiylədirsə o qəlb mütməindir.

Başqa bir tərəfdən, Allahı yad etmək qəlblərə etminanlıq bağışlayır.[4] Bəs namaz qılan şəxsin qəlbi mütməindir. Heç vaxt Allahdan başqasından qorxmur.

Heç bir düşmən, istər daxildən və ya xaricdən onu qorxutmağa səbəb ola bilməz, çünki namaz əhli həmişə Allahladır, və Allahı yad etmək rahatlıq və payidarlıq, amilidir.

Ulu Tanrı namazın hikmətləri barəsində Quranı- kərimdə buyurur: "İnsanın təbiəti müsibətlər qarşısında acizdir və əgər ona bir xeyir çatsa səy edər ki, özünün olsun və başqalarına verməsin" insanın fitrəti tövhidə (Allah pərəstliyə), nəfsi isə pisliyə doğru meyillidir. Fitrəti Peyğəmbərlər ruhlandırır amma nəfs pislikdən başqa bir şey deyildir.

Quran buyurur: "Əgər şər və çətinlik insana yetişdi, və onun qarşısında hövsələsizliklə və səbirsizlik edib səbrini əldən verir, və əgər bir xeyir ona çatsa çalışır ki, başqalarına verməyibqarşısını alır, və xeyir işə mane olur yalnız namaz qılan şəxs.[5]

Namaz qılanlar öz nəfslərini öldürüb fitrətlərini isə dirildirlər. Namazın xasiyyəti isə fitrəti diriltməkdir. Namaz qılan o şəxsdir ki, öz nəfsini ram edir. Namaz vasitəsiylə ələ gətirdiyi rahatlıq sərmayəsini həyatın çətinliklərində əldən verməyib, çətinliklərdə və müsibətlərdə ümidsiz olmurlar. Və əgər onlara bir xeyir çatsa başqalarından əsirgəmirlər.[6]

Həzrəti İmam Baqir (ə)- dan rəvayətdir ki, Allahın rəsulu buyurub: O vaxt ki, mömin bəndə namaza durur, Allah Taala o şəxsə nəzər salır ta namazını qurtarana qədər, və Allahın rəhməti altında qərar tutur və Allahın mələkləri onu əhatə edir, Allah-Taala bir mələyi məmur edir ki, ona desin: Ey namaz qılan, əgər bilsəydin kim sənə nəzər salır və kiminlə söhbət edirsən, heç vaxt başqasına diqqət etməz və öz yerindən ayrılmazdın![7]

Bir yerdə ki, Allahın məss kəlamıdır.[8] Yusifin o məhdud gözəl camalı, qadınları fani etdi. O, mütləq camal ki, hər camal onun kölgəsi altındadır, nə edə bilər? Ariflərə nəsin olan bu xasiyyət ibadət və zikrə qərq olmaqdadır.[9] Ya rəbb alma bizdən bu eşq qədəhini mərifət şərabını bir də daddır ki, kamımızı.[10]

Həzrət Seyyidi şühəda (ə) Tas dua günün əsrində həzrət Əbülfəzl (ə)- a buyurdu: Bu qövmə de, bu gecəki, aşura gecəsidir mənə möhlət versinlər, ona görə ki, Allahda bilir ki, namaz mənim məhbubumdur.[11]

Bəli fərq edir bir kəs deyə: Mən namaz qılıram, İmamın bu cümləsiylə ki, buyurur: Mən namazı sevirəm və o mənim əzizimdir. İmam Səccad (ə) və İmam Baqir (ə) və məsumların uşaqları bu cür idi ki, ataları namaza durarkən oynamağa başlayır və deyərdilər, o vaxt ki, həzrət namaza başladı bizi unudur, hər nə qədər səs- küy etsək də bizə diqqət yetirmir.[12]

Bir gün həzrətin namaz qıldığı yerin yaxınlığında yanğın oldu və həzrət namaz halında idi, səs- küy ucaldı və atəşi söndürdülər, namazdan sonra həzrətə çatdırdılar ki, biri yanırdı və səs- küy hər yeri bürümüşdü, siz bunu his etmədiniz? Həzrət buyurdu: Mən başqa bir atəşi söndürürdüm, axirət aləminin atəşini söndürürdüm.[13]

Bəli namazdan məqsəd qəlbin hüzuru, abidin kamil qərq olması və haqqın müşahidəsinə çatmaqdır. Amma ilk başlayan insanların bu məqama çatmasına uzun bir müddət lazımdır.

Məhz buna görə əgər qəlbi mərkəzləşdirməyə məşğul olmasaq, namazın sirlərinə agah olmayacağıq. Amma qısa şəkildə böyüklər namazın sirlərini altı mənzildə bəyan etmişlər:

Birinci: Qəlb hazırlığı; yəni namaz vaxtında Allahdan başqa heç şeyə ürək bağıamamaq.

İkinci: Namazın zikr və qiraətinin mənalarını dərk etmək, o cür ki, ürək dildə deyilənlə bir olsun.

Üçüncü: Təzim; yəni o halda məbudun əzəmətini anlamaq.

Dördüncü: Heybət; yəni Allahın sonsuz əzəmətindən, ürəyə qorxu düşməsi ki, olmaya bu ibadətdə naqislik vardır.

Beşinci: Ümid; Mərhəmət və kərəm sahibi olan Allahın rəhməti bizim üçün məlum olmasın, və bizi bu rəhmətdən məhrum etməyib günahları bağə.lamasıdır.

Altıncı: Xəcalət; yəni özümüz və ibadətlərimizi Allah dərgahında xəcalət çəkərək kiçik bilməkdir, və bəndəliyi başıaşağı yerinə yetirməkdir.[14]

Qəlbimi bu varlıqla oyad bu qəlbimi gizli sirlərdən xəbərdar et ki, qəflət yuxusundan oyanım.[15]

Ey əziz, bu hər bir mərifət əhlinin getdiyi yoldur ki, bir başa Allaha xitab edib, mübarək (iyyakə nəəbudu və iyyakə nəstəin) cümləsini hər namazda təkrar edir.

İlahi! Şübhəsiz ki, səni tosif etmək heç bir yerə sığmaz, ağıl quşu sənin cəmalında qanad çala bilməz. İlahi nə vaxt bizim naqis ağılımız səni dərk edəcək, sənin kəramət qılan harda yer tutacaq?

İlahi! Bizi o şəxslərdən qərar ver ki, məhəbbət ocağı onların qəlbində bitmişdir, və sənin eşqin ürəklərini diriltmişdir, onlar ki, tövbə səhrasında mükafat üçün gəlib, sənin eşq çeşməsindən lütfün qədəhiylə meyl edirlər.

Onlar ki, sənin kənarında məskən salıb, və sənin məhəbbət yağışının suyundan yaşam (həyat) suyunu içirlər və sənin lütf nəsimindən libas geyinirlər.[16]

İmam Səccad (ə) buyurur: İlahi səni yad etməyin şirinliyini mənə daddır.[17] O qədər ki, biz bu şirinliyi dadmamışıq, namaz bizim üçün adi bir işdir. Əgər biz namaz qılıb, onun nuraniyyətini hiss etmiriksə, ona görədir ki, namazı öz ədəb- ərkanı ilə qılmamışıq.[18]

Əmirəl möminin İmam Əli (ə) Nəhcül- bəlağədə buyurur: Mən təəccüb edirəm o gecə ki, bir bulaq onun evində ola və gecə- gündüz o bulaqda yuyuna və bununla belə yenə də çirkin ola. Namaz zülal bir bulaq kimidir ki, namaz qılan şəxsi gündə beş dəfə paklayır.[19]

Namaz bir çeşmədir ki, insanı təmizləyir, əgər biz bu təmizliyi özümüzdə hiss etmiriksə qəbul etməliyik ki, həqiqi namaz qılmamışıq. Mümkündür namaz düzgün olsun, ama Allah dərgahında qəbul olmasın, çünki o namaz qəbuldur ki, insanın ruhunu paklayır.

O zaman insan öz qəlbini namazda Allaha bağlaya bilər ki, namazdan başqa vaxtlarda göz və qəlbini haram işlərdən qoruya.[20]

Allahdan başqasına bəndəlik etmə, belə bir halda yaşamaq heyfdir insana.[21]

Ey əziz, cismini dünyaya qəlbini mövlaya ver ki, aşiqin olsun, və aşiqin qəlbi məşuqun xəbəriylə haqqı tapıb rahatlıq tapsın, aşiq və məşuq arasında pərdə olmaz budur ki, səy et qəlbin başqasında yox həmişə məşuqla olsun. Xüsusiylədə namaz halında olarkən. "Əl müsəlli yunaci rəbbəh" namaz qılan namaz halında öz Allahıyla münacat və söhbət edir.[22]

Məqsəd budur ki, namaz, məhbubun görüş və xəlvət vaxtında, vüsal anı və ayrılığın sonu. Allahın qarşısında bəzən dil açıb ona həmd və səna edirsən özünü aciz gördüyün zaman. Fürsətdən istifadə edib öz istəklərini dilə gətirirsən. O böyük varlığın şövkətini dərk edib, öz kiçikliyini dərk edirsən.

Dərgahını dərk edib, vaxtdan qənimət sayaraq ona zikr edirsən. Çünki ədəbə riayət edib dəvətsiz getməmisən, ona tərəf gedib aşiqanə zikr etmisən, onun gözəl və saleh bəndələrin xüsusiylədə onun mübarək bəndəsini dilə gətirmisən və

Qəmgin halda bu görüş vaxtı sona çatır, sonrakı görüş ümüdüylə salamı deyirsən. O halda ki, onun gözəl adını dilində zikr edir, ürəkdən onu yad edərək öz həyatına davam edirsən.

Bəs ey əziz dost, o şəxs ki, Allahın gözəl camalını və sifətlərini tanımayıb aşiq olmadı və ürəyini ona vermədi, rəbbinin dəvətini eşitmədi. Həyatın məişət və çətinlikləri onda taqət qoymadı, bəs necə rəbbini görüşünün müştaqı olsun, rəngi dəyişib ayaqları əssin? O qədər ki, özünə məşuqdur özündən kənara qədəm qoymayır, nə vaxt başqasını görməyə müvəfəq olacaq?

Qeyd edək ki, cavanların təlim və tərbiyəsi ailədən qaynaqlanır ki, bəzi vaxt bağ gül qoxulu və bir zamanlar narahat edici, amma kimisi hansı mühitdə yaşayır, və yenə də o cür deyildir ki, yeniyetmələr və cavanlar xaliqin ziyarət və görüşündən uzaqlaşsınlar. Nə gözəl möhkəm və intizar cərgələri ki, elm və din mərkəzlərində namaz üçün bərpa olunur.


[1] - Feyz Kaşani, Molla Möhsin, divani- şer

[2] - Şücai, Seyyid Mehdi, dəste- dua çeşme- unid, munacat xəmsə- əşər, doqquzuncu munacat, səh 81

[3] - Taha, ayə 14

[4] - Rəd, ayə 28

[5] - Məaric, ayə 19- 23

[6] - Cavadiyi- Amili, Əbdüllah, hikməte- ibadət, səh 95

[7] - Mənla yəhzuruhul fəqih, cild 1, səh 210, hədis 636

[8] - Yusif, ayə 39

[9] - Səbzivari, Mollahadi Əsraril hikəm, səh 528

[10] - Feyz Kaşani, divani şer

[11] - Məqtəul Hüseyn, Məryəm, səh 232

[12] - Ənvarul- Bəhiyyə, səh 49

[13] - Biharul- Ənvar, cild 46, səh 78

[14] - Miqdadi İsfahani, Əli, Neşan- əz bi nişanha, cild 1, səh 235

[15] - Əttar Nişaburi

[16] - Şücaye, dəste- dua çeşmi- ümid, 12- ci munacat

[17] - Məfahitul- cinan, munacat xəmsətə- əşər

[18] - Cəvadiyi- Amili, hikməte ibadət, səh 105

[19] - Nəhcül- bəlağə, 119- cu xütbə

[20] - Cavadiyi - Amoli, Əbdullah, hikmət ibadat, səh 115- 116

[21] - Feyz Kaşani, divani şer

[22] - Həsənzadə Amili, Həsən, Taziyane suluk, səh 12
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930