İnsan nə vaxt cəbr və ixtiyar sahibidir?
Mьəllif: admin1
Tarix: 27-11-2019, 10:51
İnsan nə vaxt cəbr və ixtiyar sahibidir?
Dini mənbələrə, rəvayətlərə və Quran ayələrinə nəzər saldıqda, insanın azad olması başa düşülür. Bu o demək deyildir ki, insan tamamı ilə azad və heç bir amil onun əməl və rəftarında təsir qoya bilməz.

Bəlkə məqsəd odur ki, bütün bu amillər və işlər Allahın qüdrəti və iradəsiylədir, bəşər bəzi işləri görməyə qadirdir, bu işi görə də bilər və yaxud əksinə bu işdən imtina edər. Bəs insan öz iradəsiylə gördüyü işin məsuliyyətini daşıyır və bu işləri görməkdə məcbur deyildir.[1]

Bu nəzəriyyənin isbatı üçün islam alimləri və mütəkəllimləri çoxlu təfsirlər açıqlamışlar və onların ən möhkəm və gözəli Sədrül- mütəəllihin yazdığıdır.

O deyir: Bütün varlıqlar fel, zat və sifət nəzərindən bir- biriylə fərqli və cüzi olan ixtilafda da yaradılışda şərikdirlər və o, da budur ki, bir olan Allahın varlığı onları əhatə edir, Allahın bu varlığı bütün aləmə şamil olub və heç bir varlıq onun hakimiyyətindən kənar deyildir.

Buna görə də varlığın nizamla olması, hər bir yaradılışın məqamı və varlığı, Allahın məqamı və varlığıdır, hər varlığın gördüyü iş Allahın işidir.

Əlbəttə məqsəd bu deyil ki, misal üçün, Zeyd biriş görüb, deyək bu o işi görmədi, məqsəd budur ki, onun gördüyü iş baxmayaraq ki, onun işidir, amma Allahın da işidir.

O cür ki, Zeydin varlığı, hissiyatı və xüsusiyyətləri ona visbət verilir, onun gördüyü hər bir işi də Allaha nisbət verilir, çünki onun varlığı Allahdan feyz almışdır.

Onun bütün elm, hərəkət və sakitliyinin mənşəyi odur və ona nisbət verilir və bununla belə Allaha da bağlılığı vardır. Həqiqətən də insan özü bu işləri görən və icra edəndir.

Bəs baxmayaraq ki, insan azad və ixtiyar sahibidir, öz psixologiyasını düzəltmək üçün və mühitini istədiyi mühitə yönəldib, öz gələcəyini istədiyi kimi qurur, və onun azadlığı nisbidir və çoxlu məhdudiyyətləri" yəni bir dairənin içindəki azadlı məhdudiyyət deməkdir. İnsanın məhdudiyyətləri bir neçə tərəfdəndir.

1. İrs

İnsan öz insanlıq təbiətiylə dünyaya gəlir və çünki ata- anası insandır. İstər- istəməz insan dünyaya gəlir. Başqa bir tərəfdən ata- anada olan bir sıra təsir qoyan sifətlər.

Məsələn rəng, dəri, gözlərin rəngi və yaxud başqa nəsilliklə qalan oxşar xüsusiyyətlər ki, bunlardan heç birini özü seçmir bəlkə məcbur olaraq bu irsi özündə daşıyır.

2. Coğrafiya və təbiət mühiti.

Coğrafiya və təbiət mühiti və insanın yaşadığı yer istər- istəməz onun cismində və ruhiyəsində təsir qoyur. Usta və soyuq və yaxud səhra və dağlıq məntəqələr insanların vücudunda, əxlaqında və ruhiyəsində təsir qoyur.

3. İctimai mühit.

İctimai mühit insan üçün ən mühüm amillərdən biridir. Və insanın əxlaq və ruhiyyə xasiyyətini, dilini, ictimai və ürfi ədəblərini mükəmməlləşdirir, ictimai edir.[2] (təsir qoyur)

Baxmayaraq ki, Quran cəmiyyət üçün təbiət, şəxsiyyət, niyyət, qüdrət, həyat və ölüm, əcəl, vicdan, itaət və üsyan qaildir, və cəmiyyətin insanın rəftarında təsir qoymasını təsdiqləyir, amma bir başa insanı bu işlərdən boyun qaçırmasını da bildirir.

Nisa surəsinin 97- ci ayəsində, özlərini "Müstəzəfin" zəiflər adlandıran bir dəstəyə buyurur: Heç bir şəraitdə onlar bağışlanmaz; çünki onların ən azı köçməkimkanları vardır. Başqa bir yerdə buyurur: "Ya əyyuhəlləzinə amənu ələykum ənfusəkum la yəzurrukum min zilli iza ihtədəytum."[3]

Ey o şəxslər ki, iman gətirmisiz! Özünüzü qoruyn! Əgər siz hidayət olmusunuzsa, yollarını azmış insanların azması sizə ziyan vura bilməz.

4. Tarix və keçmiş hadisələr.

Keçmiş zaman və keçmişdə baş verən hadisələrdə insanın həyat tərzində təsir qoyur. Bəs keçmiş və gələcək, hər bir varlığın arasında rabitə yaradır, keçmişdə toxumdursa gələcəkdə isə varlıqdır.

Nəticə alırıq ki, əgər insan öz rabitəsini irs, təbiət, ictimai mühit, tarix və zamanla tamamıyla kəsə- kəsə bilməsə də amma qadirdir ki, bir çox məhdudiyyətlər qarşısında tüğyan edib, özünü bu amillərin hakimiyyətindən azad etsin.

İnsan ağıl və elm və yaxud iradə və iman gücüylə və başqa dəyişikliklərlə bu amillərdə təsir qoyub, onların öz istəyi ilə bu amilərdə təsir qoyub, onları öz istəyi ilə yönəldərək gələcəyinin istədiyi kimi qurulmasına sahib olur.[4]

Biz cinsi, ictimai və təbiət amillərinin insanın rəftar və şəxsiyyətində təsir qoymasını inkar etmirik. Amma bütün bu amillərin cinsində, rəftarında və şəxsiyyətində təsir qoymasını inkar etmirik. Amma bütün bu amillərin insanın cinsində, rəftarında və şəxsiyyətində təsir qoyması məntiqdən uzaqdır, və insanı maddi və ruh cəhətindən uzaq tutmaqdır.

Nəfsin mücəddəd olmasını isbat etməklə, insanın azadlıq iradəsi onun ruhunun mücərrəd olmasından ibarətdir. Əgər insan ruhunun azadlıq idadəsini nəzərdə tutsaq, cism və təbii amillər təsir qoyması qəbul olunur, amma bu nöqtəyə diqqət yetirmək lazımdır ki, bu amillər, insanın ixtiyarını əlindən almır.

Biz bilmirik ki, bu amillər və onların təsiri, öz nəfs və istəklərimizdən qaynaqlanır. Və biz bu amillərin qarşısında müqavimət göstərək? Biz başqalarının və öz həyatımızda bu təcrübələrdən keçirik.

İrs qanunu da buna əsaslı deyildir, bir uşaq bəzi xasiyyətlərini ata-anasından irs aparsın və özünə yol seçməkdə qüdrət sahibi olmasın. İnsan qadirdir bu amillər qarşısında ixtiyar sahibi olub, başqa bir əxlaq sahibi olsun.[5]

Əlavə mütaliə üçün mənbələr:

1- Məhəmməd Təqi Cəfəri, Cəbr və ixtiyar.

2- Cəfər Sübhani, sərneveşt ız didqah elmi və fəlsəfə.

3- Seyyid Məhəmməd Baqir sədr, İnsane məsul və tarixsaz.

4- Mürtəza Mütəhhəri, İnsan və sərneveşt.

5- Məhəmməd Təqi Misbah, maarife Quran, Xuda şenas, Keyhan şenasi, insan şenasi.

[1] - Əhməd Vaizi, insan əz didqah islam, səh 12, Qum, dəftəre həmkariye hövze və daneşqah, 1375

[2] - Mürtəza Mütəhhəri, Müqəddimeyi bər cəhanbiniye islami, səh 270- 271, intişarat Sədra, Qum

[3] - Maidə, ayə 5

[4] - Mürtəza Mütəhhəri, Müqəddimeyi bər cahanbiniye islami, səh 272- 330

[5] - Mahmud Rəcəbi, insan şünasi, səh 151, müəssiseyi amuzeşi və pejuheşiye imam Xumeyni, birinci çap, 1379

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930