İnsanın daxili nəfsi olan halda, şeytana (lən) ehtiyac vardırmı?
Mьəllif: admin1
Tarix: 25-11-2019, 14:23
İnsanın daxili nəfsi olan halda, şeytana (lən) ehtiyac vardırmı?
Quranın nəzərinə görə, insan üç nəfsə malikdir ki, onlar ibarətdir: əmmarə, ləvvamə və mütməyinə.

Əmmarə nəfs – insanın daxilində olan heyvani istəklər nəfsidir ki, insanı daima pisliklərə tərəf cəlb edər. Şeytan (lən) isə cin nəslindən olan və insanları yolundan azdırıb, vəsvəsə edən bir canlı məxluqdur.

İblis (lən) dedikdə isə xüsusi şeytan nəzərdə tutulur ki, cin nəslindəndir və bütün şeytanların (Allah hamısına lənət etsin!) rəhbəridir.

Baxmayaraq ki, vaxtı ikən ibadətinə görə mələklərdən belə üstün hesab olunmuşdur, ancaq təkəbbürünə görə behiştdən qovulmuş və insanın qatı düşməni olmuşdur.

Ona görə də deyə bilərik ki, əmmarə nəfs – şeytanın insana nüfuz edə biləcəyi vasitələrdən biridir. Əmmarə nəfsi bəzən şeytanın ordusunun üzvü hesab edirlər.

İblis insanı zahirdən vəsvəsə edər və günaha düçar edər, əmmarə nəfs isə batindən. Ona görə də əmmarə nəfs həmişə şeytanın hakimiyyəti altındadır.

O məlun nə deyirsə, əmmarə nəfs ona itaət edir və ona qarşı çıxmır. Şeytan da onun yardımı ilə mərhələ-mərhələ irəli gəlir və insanı öz qulu edir.

Beləliklə, insan öz daxilində olan əmmarə nəfsi nəzarətə almalı, ram etməlidir ki, lənətlik şeytanın diktəsini, onu idarə etmə fürsətlərini minimallaşdırsın.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930