Hacət zamanı Allahın hansı adlarına pənah aparmaq lazımdır?
Mьəllif: admin1
Tarix: 14-11-2022, 10:12
Hacət zamanı Allahın hansı adlarına pənah aparmaq lazımdır?
Əgər Qurana nəzər salsaq, görərik ki, bu səma Kitabında Allahın 200 mübarək adı qeyd olunmuşdur ki, onların 99-u Əsmaül-hüsnadır. Yəni, Allahın ən gözəl adlarıdır.

Allahın gözəl adlarının bəzisi ilə tanış olaq:

1. Allah: Yəni, bizi xəlq edən Allah. Xaliqin ən məşhur adı Allahdır.

2. Rəhman, yəni bağışlayandır. Rəhman, yəni Allah hamını bağışlayandır, həm möminləri, həm də kafirləri.

3. Rəhim, yəni mehribandır. Allah möminlərinə qarşı xüsusi rəhmətə malikdir.

4. Əhəd: Yəni, təkdir. Allah tək xaliqdir və şəriki, Ona bərabər olanı yoxdur.

5. Saməd: Yəni, ehtiyacsızdır. Bu varlıq aləmində hamı möhtac, Allah isə ehtiyacsızdır.

6. Həyy: Yəni, həmişə sağdır. O, elə varlıqdır ki, heç bir zaman ölmür.

7. Qəyyum: Yəni, diridir.

8. Rəbb: Yəni, xaliqdir. Allah bütün məxluqların xaliqidir.

9. Malik: Yəni, sahib olandır. Allah varlıq aləmində olan hər şeyə malikdir.

10. Əla: Yəni, ucadır. Allah məqam baxımından hamıdan ucadır.

11. Həkim: Yəni, müdrikdir. O, hər şeydən agahdır və işlərini həmişə hikmət əsasında yerinə yetirər.

12. Əzim: Yəni, çox böyükdür.

13. Həlim: Həmişə səbirlidir. Allah heç bir zaman günahkarları cəzalandırmaq üçün tələsməz. Onun səbri çoxdur.

14. Həmid: Yəni, pərəstiş olunandır. Allah Təalanın müqəddəs varlığı sitayiş olunmağa layiqlidir.

15. Xəbir: Yəni, həmişə agahdır. Allah məxluqların batinindən və zahirindən agahdır.

16. Bəsir: Yəni görəndir. Allah həmişə hər şeyi görür.

17. Səmi: Yəni, Allah eşidəndir. O, varlıq aləmində olan bütün səsləri eşidəndir.

18. Şəhid: Şəhidin mənası – Allahın şahid olması deməkdir. Yəni, hər yerdə hazır və nazirdir.

19. Vəhhab: Allah Təaladan bir hacət istəyəndə, o hacət geri qayıtmaz və qəbul olar.

20. Şəkur: Çoxlu mükafat verən mənasını verir. Yəni, Allah ən kiçik yaxşı əməllər üçün belə, böyük mükafat verəndir.

21. Ğəfur: Allah bağışlayandır və hər kim tövbə edər, Allah onu qəbul edər.

Bəs hacət zamanı Allahın hansı adlarına pənah aparmaq lazımdır?

1. Sübh namazından sonra 180 dəfə demək lazımdır: “Ya Səmiu, ya Bəsir”.

2. 70 dəfə “Ya Bədih” demək.

3. Hər namazdan sonra 7 dəfə “Ya Vəhhab” demək.

4. Hər dua zamanı 26 dəfə “Ya Sərihul, ya Mucib” zikrini demək.

5. Hər axşam 100 dəfə “Ya Baqi” demək və cümə gecəsində 1000 dəfə demək.

6. Hər bir səcdədə 21 dəfə “Ya Zəl-cəlali vəl-İkram” zikrini demək.

7. Yatan zaman “Ya Kərim” zikrini demək.
(Deyerler.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930