Bərzəxdə insanın bədəni dünya bədəninə oxşayırmı?
Mьəllif: admin1
Tarix: 23-11-2019, 13:48
Bərzəxdə insanın bədəni dünya bədəninə oxşayırmı?
Hədislərimizin buyurduğu kimi, bərzəx bədəni – həqiqətdir.

Bizim üçün məchul görünsə də, ancaq həqiqətdə insan bu dünyadan bərzəx aləminə düşən zaman dünya bədənini tərk edər və ruhu bərzəx bədəninə daxil olar.

Bu bədən insanın dünyadakı bədəninə çox bənzəyər, ancaq maddi olmaz. Mücərrəd bir bədən olar ki, ona misali bədən deyilir.

Bu haqda hədislərimdizə oxuyuruq.

İnsan hansı aləmdə olursa-olsun, bədənə malik olar. İstər məna aləmində olsun, istər dünyada və axirətdə. Ona görə də belə deyildir ki, ruh özbaşına mövcud olsun. Ruh olan yerdə bədən də olar.

Varlıq aləminin öz qanunları və hökmləri vardır. Ancaq bu qanunlar hər bir varlıq aləminə uyğun təyin edilmişdir. Dünya üçün təyin edilən qanunlar bərzəx aləmində işə yaramaz.

Eyni zamanda bərzəx aləminin qanunları Qiyamət günü mövcud olmayacaqdır. Qiyamət günü insanın malik olacağı bədən – bərzəx bədənindən və maddi bədəndən qeyrisi olacaqdır. Elə bir bədən olacaq ki, Qiyamət gününə uyğundur. Onun qanunlarını qəbul etməyə hazırdır.

Qiyamət gününün bədəni elə bir bədəndir ki, yanan zaman aradan getməz, yenidən bərpa olunar. Ona görə də deyə bilərik ki, insan bədəni hər bir aləmdə fərqli olur və həmin aləmin qanunlarına cavab verməyi bacaran bədənə malik olur. Ruh olan yerdə bədən də olar. Ancaq fərqli bədənlər.

Qiyamət insan bədəninin son dayanacağı olduğu üçün, insana ən kamil bədəni bəxş edər. Bu bədəndə naqislik olmaz.

Beləliklə deyə bilərik ki, insanın bərzəx aləmində malik olduğu məna bədəni dünya və axirətdə malik olan bədəndən fərqlidir. Bu bədən maddi deyildir, mücərrəddir.

Ancaq zahiri cəhətdən insanın dünyada malik olduğu bədənə bənzəyir və bir-birini tanıyan insanlar bərzəxdə görüşən zaman bilər ki, həmin şəxs kimdir.

İmam Sadiq (ə) buyurur: “(Bərzəxdə) möminlərin bədənləri onların dünya bədənlərinə oxşayar”.



/Deyerler.org/



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930