Hansı amillər ruzini artırır?
Mьəllif: admin1
Tarix: 20-11-2019, 21:04
Hansı amillər ruzini artırır?
Ruzini artıran amillər hansılardır?

1. İşləmək və zəhmət çəkmək. “Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. (“Nəcm” 39).

2. Ticarət. İmam Sadiq (ə) buyurur: “Ruzinin onda doqquzu ticarətdədir”.

3. Allaha təvəkkül etmək. İmam Əli (ə) buyurur: “Hər kim təvəkkül edərsə, Allah Təala ona kifayət edər. Allah onu hər şeydən ehtiyacsız edər”.

4. İstiğfar etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Çoxlu istiğfar edin ki, ruzinin artmasına səbəb olacaqdır”.

5. Başqaları üçün dua etmək. İmam Sadiq (ə) buyurur: “Mömin qardaş hazır olmayan zaman (yəni sənin yanında olmayan zaman) onun üçün dua etmək – ruzinin artmasına və bəlanın aradan getməsinə səbəb olar”.

6. İmam Hüseyni (ə) ziyarət etmək. İmam Baqir (ə) buyurur: “Bizim davamçılarımıza göstəriş verin ki, İmam Hüseynin (ə) qəbrini ziyarət etsinlər. Çünki onu ziyarət etmək ruzini artırar, ömrü uzadar, bəlaları aradan aparar”.

7. “Ayətül-kürsü”nü hər gün oxumaq.

8. “Yasin” surəsini hər gün oxumaq.

9. “Aşura” ziyarətini oxumaq.

10. Hər axşam “Vaqiə” surəsini oxumaq.

11. Müti halda namaz qılmaq.

12. Ata və ana üçün dua etmək.

13. Azandan əvvəl məsciddə olmaq.

14. Gecə namazı qılmaq.

15. Azan deyənlə birlikdə azan demək.

16. Evə daxil olan zaman salam verib, “Tövhid” surəsini oxumaq.

17. “Lə həvlə və lə quvvətə illə billəh” zikrini demək.

18. Sübh namazındakı müstəhəb əməlləri yerinə yetirmək.

19. “Qədr” surəsini davamlı oxumaq.

20. Xəlvətdə mömin və möminələr üçün dua etmək.

21. Cümə günlərində “Saffat” surəsini oxumaq.

22. Sübh və əsr namazlarından sonra təqibatı etmək.

23. Hər sübh “Mülk” surəsini oxumaq.

24. Davamlı olaraq dəstəmazlı və pak halda olmaq.

25. Qənaət. İmam Əli (ə) buyurur: “Qənaətcil ol ki, ehtiyacsız olasan”.

26. Şükür etmək.

27. Zəkat, infaq və sədəqə.

28. Qonşular ilə xoş rəftar olmaq. İmam Sadiq (ə) buyurur: “Yaxşı qonşu olmaq, ruzinin artmasına səbəb olar”.

29. Sileyi-rəhm. “Sileyi-rəhm əməlin paklığına, ruzinin artmasına, hesabın yüngül olmasına, bəlanın dəf olmasına səbəb olar”.

30. Düz danışmaq və əmanətdarlıq. İmam Sadiq (ə) əmanətdar olan bir xanım barəsində buyurur: “O qadın düz danışan və əmanətdardır və bu ikisi ruzinin artmasına səbəb olar”.

31. Ehtiyacları aradan qaldırmaq. Əhli-Beytdən (ə) buyurulur: “Xəmir, çörək və atəş götürməkdən borc verməkdən imtina etməyin ki, bu əməllər ev əhli üçün ruzinin artmasına səbəb olar”.

32. Valideynə çoxlu yaxşılıq etmək.

33. Niyyətin yaxşı olması.

34. Gücsüzləri əziz tutmaq.

35. Danışıqda iffətə riayət etmək.

36. Az danışmaq.

37. Xoş xasiyyət.

38. Səxavət.

39. Yeməkdən əvvəl və sonra əlləri yumaq.

40. Hər cümə günü dırnaqları tutmaq.

41. Başı xətmi gülü ilə yumaq.

42. Saçı daramaq.

43. Dişləri fırçalamaq.

44. Sidr ilə başı yumaq.

45. Yemək boşqablarını yumaq.

46. Evi süpürmək.

47. Evin qabağını süpürmək.

48. Evlilik. İmam Sadiq (ə) nəql edir ki, bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və yoxsulluğundan şikayət edir. Həzrət (s) ona evlənməyi məsləhət görür.

49. Əlinə əqiq üzüyü taxmaq.

50. Əlinə yaqut üzüyü taxmaq.

51. Əlinə firuzə üzüyü taxmaq.

52. Hünərə malik olmaq.

53. Gözəl xətlə yazmaq.

54. Gözəl danışmaq.

55. Evdə sirkə saxlamaq.

56. Düz danışmaq.
(Deyerler.org)




Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031