İnsanın dəyəri – onun çalışqanlığına görədir
Mьəllif: admin1
Tarix: 19-11-2019, 10:32
İnsanın dəyəri – onun çalışqanlığına görədir
Hümmət və zəhmət çəkib iş görmək – hər bir müsəlmanın üzərində olan vəzifədir. Bu vəzifə haqqında Məsumların (ə) buyurduqlarına nəzər salaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Halal ruzi qazanmaq – hər bir müsəlman qadın və kişiyə vacibdir”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Bəzi günahlar namaz və sədəqə yolu ilə belə, bağışlanmır”.

Sual verirlər ki, bəs hansı əməllər vasitəsilə bağışlana bilər?

Həzrət (s) buyurur: “Ruzi qazanmaqda ciddi olmaq və səy etməklə”.

Həzrət Peyğəmbər (s) buyurur: “İbadət on hissədən ibarətdir ki, onun doqquzu – halal ruzi əldə etmək üçün səy etməkdədir”.

İmam Əli (ə) buyurur: “İş görəndə onu sona çatdırın. Bu zaman səbirli və təqvalı olun”.

İmam Əli (ə) buyurur: “O az (xeyir) iş ki, davamlı edirsən, yorulduğun çoxlu işdən daha ümidvericidir”.

İmam Əli (ə) buyurur: “Nə zaman bir işi görməkdən qorxsan, özünü ona tərəf at. Çünki o işdən qorxmaq, onu yerinə yetirməkdən daha çətindir”.

İmam Əli (ə) buyurur: “Şərafət uca hümmətlərlədir, nəinki qurumuş sümüklərlə”.

İmam buyurur: “Hümmətini o şeylərə sərf et ki, ona ehtiyacın vardır. O şey ki, işinə yaramır – onun ardınca getmə”.

İmam Əli (ə) buyurur: “İnsanın dəyəri – onun hümmətinə görədir, nəinki sərvətinə görə”.

İmam Əli (ə) buyurur: “Hər kəsin ölçüsü – hümmətinin dərəcəsinə görədir”.

Həzrət Əli (ə) buyurur: “İnsanın qəfləti üçün elə bu kifayətdir ki, hümmətini işinə yaramayan şeylərə sərf edər”.

İmam Əli (ə) buyurur: “Müvəffəqiyyətin bəlası – tənbəllikdir”.

İmam buyurur: “O kəs ki, davamlı olaraq tənbəllik edər – arzularına çatmaqda nakam qalar”.

İmam Həsən Müctəba (ə) buyurur: “Dünya üçün elə işlə ki, sanki həmişəlik burada olacaqsan. Axirətin üçün elə işlə ki, sanki sabah dünyadan gedəcəksən”.

İmam Sadiq (ə) buyurur: “Allahım! Mən qəm və qüssədən, tənbəllik və gücsüzlükdən sənə pənah aparıram”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930