İlahi əzab nazil olan zaman günahsızların halı necə olur?
Mьəllif: admin1
Tarix: 18-11-2019, 13:58
İlahi əzab nazil olan zaman günahsızların halı necə olur?
El arasında belə bir misal vardır ki, qurunun oduna yaş da yanar. Ancaq İlahi ədalətə görə belə deyildir.

Heç bir günahsız bəndə başqalarının günahkar olmasına görə nazil olan əzaba düçar olmaz. Lutun yaşadığı şəhərdə cəmi bir ailə mömin idi. Allah əzab nazil etməzdən əvvəl həmin ailəyə nicat verir.

Allah Təala buyurur: “Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik”. (“İsra” 15).

Bəzən mötəbər olmayan hədislərdə belə xəbərlərə rast gəlirik ki, əzab nazil olan zaman günahkara və günahsıza baxmaz. Guya hamısını məhv edər. Bu cür hədislərə diqqət etmək lazım deyildir. Belə hədislərin birində oxuyuruq ki, kafirin övladı atası kimi alovda yanacaqdır.

Bu əqidə qətiyyən – İslami əqidə deyildir. Çünki heç bir günahsız bəndə Allah tərəfindən cəzalanmaz, baxmayaraq ki, valideynləri kafir olsa belə.
(Deyerler.org)




Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930