Yaxşı həyat yoldaşı olan kişi hansı sifətlərə malik olmalıdır?
Mьəllif: admin1
Tarix: 15-11-2019, 21:00
Yaxşı həyat yoldaşı olan kişi hansı sifətlərə malik olmalıdır?
İslamın nəzərinə görə, qadın da kişi kimi gələcək həyat yoldaşının əxlaqi və əqidə mövzularını evlənməzdən əvvəl araşdırmalıdır.

Necə ki, hədislərimiz qadınların ailədəki rəftarından və əxlaqından xəbər verir, eyni zamanda kişilərin də ailədə hansı sifətlərə malik olmasını bəyan edir.

Yəni, necə ki, kişi layiqli qadınla evlənmək istəyir, eləcə də qadın da istəyir ki, gələcək həyat yoldaşı əxlaqlı və ədəbli bir insan olsun. Onu başa düşsün, yaxşı və pis günlərində yanında ola bilsin.

Dinimizin nəzərinə görə yaxşı həyat yoldaşı olan kişilərdə hansı sifətlər olmalıdır?

1. Təqvalı olmalıdır. Gələcək həyat yoldaşını seçən qadın, kişinin ilk olaraq dininə sadiq olmasına və təqvalı olmasına diqqət göstərməlidir. Həzrət Peyğəmbər (s) buyurur: “İstəyirsinizmi sizləri ən yaxşı kişilər ilə tanış edim?”.

Deyirlər: “Bəli”.

Həzrət (s) buyurur: “Həqiqətən, sizlərin ən üstünü o kişidir ki, təqvalı, pakizə... olsun. …”.

2. İffətli olmalıdır. Dinimizin nəzərinə görə necə ki, qadın iffətli və pakətəkli olmalıdır, eyni tövsiyə kişilərə də aiddir.

İmam Sadiq (ə) buyurur: “(Həyat yoldaşlarının) eyni səviyyədə olmasının şərti budur ki, iffətli olsun və ailəsinin xərcini ödəyə bilsin”.

3. Dindar olmalıdır. Hər kim dindar olar, Allahın sərhədlərini pozmaq istəməz. Din qoymaz ki, kişi dinin əleyhinə olan işlərlə məşğul olsun.

4. Əmanətdar olmalıdır. Əmanətdar insan öz ailə üzvlərinə həmişə yaxşı rəftar nümayiş etdirər. Çünki bilər ki, ailə onun yanında qoyulmuş əmanətdir və ona xəyanət etmək olmaz.

5. Xoş əxlaqlı olmaq. Gözəl əxlaqa malik olmaq o deməkdir ki, həm ailəsi və həm də ətrafında olan insanlar tərəfindən sevilir.

Həzrət Peyğəmbər (s) buyurur: “İstəyirsinizmi sizi ən şər insanla tanış edim?”.

Deyirlər: “Bəli”.

Həzrət (s) buyurur: “Ən şər insanlar o kəslərdir ki, xanımına töhmət vurar və söyüş söyməyə adət edər, təklikdə yemək yeyər, xanımını, övladlarını tənbeh edər və onları döyər. …”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930