İmam Həsən Müctəbanın (ə) Müaviyyəyə (lən) verdiyi ibrətli dərs
Mьəllif: admin1
Tarix: 30-11-2022, 16:51
İmam Həsən Müctəbanın (ə) Müaviyyəyə (lən) verdiyi ibrətli dərs
Bir gün Müaviyyə (lən) İmam Həsənə (ə) müraciət edərək deyir: “Mən səndən daha üstünəm”.

Əziz İmam (ə) buyurur: “İddian üçün dəlilin vardırmı?”.

Müaviyyə (lən) deyir: “Bəli. İnsanların əksər hissəsi mənimlə razıdırlar. Mənim ətrafımda gəlib-gedirlər. Halbuki, heç kəs səninlə birlikdə deyildir, məgər az miqdarda insandan başqa”.

Həzrət İmam Həsən (ə) buyurur: “Sənin ətrafında qərar tutan insanlar iki dəstədirlər:

1. Bir dəstə sənə mütidirlər.

2. Bir dəstə isə çarəsizlikdən sənin ətrafındadırlar.

O kəslər ki, öz meyil və istəkləri ilə sənin ətrafındadırlar – Allaha və Rəsuluna müxalif olanlar və günahkarlardır.

O kəslər ki, çarəsizlikdən səninlədirlər – Allah dərgahında cəzalanacaqlar.

Ey Müaviyyə, mən demirəm ki, səndən üstünəm. Çünki səndə bəyənilən fəzilətlər mövcud deyildir.

Necə ki, Allah səni əməllərinə görə fəzilətlərdən pak etmişdir, məni isə rəzilliklərdən pak etmişdir”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930