Ən çox axirət faydası verən dostlar hansıdır?
Mьəllif: admin1
Tarix: 6-11-2022, 10:27
Ən çox axirət faydası verən dostlar hansıdır?
Qurani-Kərim Qiyamət gününü yəvmul-təğabun adlandırmışdır. Bu gün bəzi müştərək rabitələr ziyanlı və bəziləri isə faydalı adlandırılacaqdır.

Belə ki, əgər insanlar Allaha görə dostluq edərlərsə, o zaman bu dostluq Qiyamət günü də qırılmaz. Əksinə, daha da möhkəm olar.

Lakin o rabitələr ki, günah üzündən bağlanar, Qiyamət günü bir-birindən ayrılar. Quranda oxuyuruq: “Həmin gün (dostluq amilləri güclənəcək) təqvalılardan başqa (dünya) dostlar(ı) bir-birlərinə düşmən olacaqlar. (Çünki onların dostluq amilləri həmin gün düşmənçilik amilinə çevriləcəkdir)”. (“Zuxruf” 67).

İki dostun əgər dostluğu bir-birinin ruhuna nüfuz edibsə, bir-birini tamamlayarlar. Birinin göstərdiyi sevgi o birisinin ürəyindəki boş yeri doldurar. Həzrət İbrahimi (ə) Xəlilullah adlandırırlar. Çünki o qədər Allahla birlik və var olmuşdu ki, sanki İbrahim (ə) deyə bir peyğəmbər yox idi.

Bəli, Qiyamət günü təqva əhlidən başqa, qalan dostluq bağları qırılacaqdır. Düşmənçiliyə çevriləcəkdir. Təqvalıların dostluğu Allaha görədir və onlar bir-biri üçün həqiqi din qardaşlarıdır. Onları bir-birinə dost edən amil – mənəviyyatlarıdır. Bu cür dostluq Qiyamət günü aradan getməz.

“Kafi”də oxuyuruq ki, bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurdu: “İmanın hansı qulpu daha möhkəmdir?”.

Biri dedi namaz, biri dedi oruc, üçüncüsü dedi zəkat, dördüncüsü dedi həcc. Həzrət Rəsulullah (s) buyurdu: “Sizin dediklərinizin hamısı doğrudur. İmanın qulplarındandır. Lakin o möhkəm qulp - başqasıdır. Odur ki, insanlar bir-birini Haqqa xatir sevsinlər və Haqqa görə düşmən olsunlar”.

Yəni insan Allaha xatir, zalımın zülmünə görə düşmən olsun. Tövhidinə, imanına və ədalətinə görə də dost olsun.

Bəs yaxşı dostun meyarı nədir?

1. İman. O kəs ki, imandan bəhrəsiz olar, dostluq etmək üçün şəxsiyyəti kifayət həddə olmaz.

“Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki, onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar”. (“Mumtəhənə” 1).

2. Dini mövzulara hörmət etmək. “Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə, Allahdan qorxun. (İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu, ona görədir ki, onlar düşünməyən bir tayfadırlar”. (“Maidə” 57-58).

3. Düz danışmaq. Bütün şər qapılarının açarı yalandır. Dostluq meyarlarında da düz danışmağın rolu böyükdür. “Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir)”. (“Tövbə” 119).

4. İkitərəfli dostluq. Əgər insan başqa biri ilə dost olmaq istəyirsə, gərək qarşı tərəf də buna meyl göstərsin. “Budur, sizin bütün (səmavi) kitablara (hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq, onları sevən (yenə də) sizsiniz və onlar sizi sevmirlər”. (“Ali-İmran” 119).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930