Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
Mьəllif: admin1
Tarix: 2-11-2019, 15:55
Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?
Bu vəziyyətdə ən yaxşı çıxış yolu fikir verməməkdir. Ona görə ki, dini təlimlərdə belə sifariş olunmuşdur. Dini rəhbərlərimiz də bizimçün ideal insan olaraq, belə hallarda həmin yolu getmişlər.

Bu barədə Qurani-Kərimdə oxuyuruq:

وَالَّذِينَ صَبَرُواْ ابْتِغَاء وَجْهِ رَبِّهِمْ وَأَقَامُواْ الصَّلاَةَ وَأَنفَقُواْ مِمَّا رَزَقْنَاهُمْ سِرّاً وَعَلاَنِيَةً وَيَدْرَؤُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُوْلَئِكَ لَهُمْ عُقْبَى الدَّار[1

1. “Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) - məhz onları (gözəl) Axirət yurdu –“

وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ[2


2.«Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!»

......وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَاماً [3

3.” ....faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz);» Rəvayətlərdən birində oxuyuruq: «İki nəfər bir-birinə söyüş verərsə, onların ən alçağı ən çox söyüş verəndir.»[4]

Məsum İmamın (əleyhissalam) buyurduğu bu hədisdən məlum olur ki, söyüş söymək və başqalarını təhiq etmək ən alçaq sifətlərdən biridir. Dahi şəxsiyyətlər heç vaxt belə sifətlərdən uzaqdırlar.

İmam Sadiqdən (əleyhissalam) nəql olunur ki, buyurur: «İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) eşidir ki, bir nəfər qadın oruc olduğu halda , öz kənizinə söyüş verir və onu təhqir edir.

İslam Peyğəmbəri (s) o qadını xörək yeməyi təklif edir. O qadın oruc olduğu izhar edir. Bu zaman İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi vəsəlləm) ona buyurur: «Necə oruc ola bilərsən ki, xadiməyə söyüş verirsən! ..»[5]

Qeyd etmk lazımdır ki, bu mövzuda keçinmək ora qədərdir ki, təkrar olunmasın. Əgər təkrar olsuna, ən yaxşı çıxış yolu qanuni yolla əməl məsləni həll etməkdir.

[1] Rəd surəsi 22
[2] Fussilət surəsi -34
[3] Furqan surəsi 72
[4] Leysi Vasiti, Əli İbn Məhəmməd, Uyunul-hikəm vəl-məvaiz; təhqiq edən, Hüseyni Bircəndi, Hüseyn, səh.477; Darul-hədis, Qum, Birinci çap, 1376 günəş ili
[5] Tusi, Məhəmməd ibn Həsən, təhqiqat və tüzəliş verən; Xorasan, Həsən, c.4; səh.194, Darul-kutubul İslamiyyə, Tehran, dördüncü çap, 1407 qəməri ili.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930