Qurani-Kərimdə İmam Məhdinin (ə.f) mövcudluğu və zühuru haqqında hansı faktlar var?
Mьəllif: admin1
Tarix: 1-10-2022, 21:33
Qurani-Kərimdə İmam Məhdinin (ə.f) mövcudluğu və zühuru haqqında hansı faktlar var?
Əlbəttə, hər bir doğru məsələnin bütün detalları və xüsusiyyətləri ilə Qurani-Kərimdə yer almasına ehtiyac yoxdur, çünki bir çox hallar reallığa söykəndiyindən ilahi vəhy detallarına qədər açıqlanmır.

Lakin sözügedən sualın cavabı müsbətdir. İmam Zamanın (ə.f) ümumdünya höku­məti haqqında çoxsaylı ayələr qeyd olunur ki, din xadimləri öz mötəbər və dəyərli kitablarında bu haqda buyurmuşlar, o cümlədən Əllamə Məclisi çox qiymətli “Biharul-ənvar” kitabının bir fəslini İmam Məhdinin (ə.f) qiyamı şərh edilən Qurani-Kərim ayələrinə həsr etmişdir. Biz burada bir neçə misalı qeyd etməklə kifayətlənirik:

وَلَقَدْ کَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّکْرِ أَنَّ الْأَرْضَ يرِثُهَا عِبَادِي الصَّالِحُونَ

“Biz zikrdən (Tövratdan) sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mə­­nim əməlisaleh qullarım varis olacaqlar.”[1]

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

“Müşriklərin xoşuna gəlməsə də, dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz elçisini hidayət və haqq dinlə göndərən Odur.” [2]

İmam Rzadan (ə) nəql olunan bir hədisdə deyilir ki, bu ayə İmam Məhdi (ə.f) haqqındadır, belə ki o Həzrət (ə.f) Allah tərəfindən İslamı bütün inanclar və ayinlər üzərində üstün etmək üçün göndərilmiş bir imamdır.

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ

“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd vermişdir ki, onlardan əvvəlkiləri yer üzünün canişinləri etdiyi kimi, onları da yer üzünün hakimləri edəcək, mömin­lər üçün bəyəndiyi dini möhkəmləndirəcək, qorxularını arxayınçılıq və rahatlıqla əvəz edəcəkdir. (Belə ki,) yalnız Mənə ibadət edəcək və heç nəyi Mənə şərik qoşmayacaq­lar. Bundan sonra kafir olanlar fasiqlərdir.”[3]

Şeyx Tusinin “Qeyb” kitabında qeyd olunur ki, bu ayə də İmam Məhdi (ə.f) və onun yardımçıları haqqında nazil olub.

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

“Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmış­lara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.” [4]

Şeyx Tusi “Qeyb” kitabında Həzrət Əlinin (ə) bu ayənin təfsirində belə buyurduğunu nəql edir: “Yer üzündə zəif salınmışlar Peyğəmbər (s) övladlarıdır ki, Allah onlardan Məhdi (ə.f) meydana çıxarmaqla onları güclü, düşmənlərini isə gücsüzləşdirməyi iradə etmişdir”.

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

“Bilin ki, Allah, torpağı öldükdən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə düşünəsiniz.”[5]

Şeyx Tusi “Qeyb” kitabında sözügedən ayənin təfsirində İbn Abbasdan belə nəql edir: “Allah ölü torpağı insanların zülmündən sonra İmam Məhdinin (ə.f) zühuru ilə dirildər.”

Əllamə Məclisi haqqında bəhs etdiyimiz mövzu ilə bağlı Qurani-Kərimin 60 ayəsini müvafiq hədislərlə qeyd etmişdir ki, maraqlananlar onun kitabına müraciət edə bilərlər.[6]

[1] Ənbiya surəsi, 105-ci ayə

[2] Səff surəsi, 9-cu ayə

[3] Nur surəsi, 55-ci ayə

[4] Qəsəs surəsi, 5-ci ayə

[5] Hədid surəsi, 17-ci ayə

[6] Vəd edilmiş Məhdi (ə.c), Əli Dəvani, səh.246-272



(ahliman.info)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031