Hacətini üç nəfərdən qeyrisinə söyləmə
Mьəllif: admin1
Tarix: 21-10-2019, 14:02
Hacətini üç nəfərdən qeyrisinə söyləmə
Ənsarlardan olan bir nəfər İmam Hüseynin (ə) yanına gəlir ki, ondan maddi yardım istəsin.

İmam Hüseyn (ə) buyurur: “Ey ənsar qardaş! Abır və şəxsiyyətini qoru. İstəyini bir məktubda yaz ki, mən də Allahın istəyi ilə sənin sevincinə səbəb olan şeyi yerinə yetirim”.

Ənsar məktubda yazır: “Ey Hüseyn! Filankəsə 500 dinar borcluyam. Məndən borcumu verməsini istəyir. Onunla söhbət et ki, pulum olana qədər səbir etsin”.

İmam Hüseyn (ə) bu məktubu oxuyan kimi evinə gedir və içərisində min dinar olan pul kisəsini götürür və onu həmin kişiyə verir və buyurur: “500 dinar ilə borcunu qaytar və qalan 500 dinar ilə həyatını sahmana sal.

Hacətini üç nəfərdən qeyrisinə demə: 1. Dindar. 2. Səxavətli. 3. Ailə nəcibliyinə malik olan. Çünki dindar insanı dini qoruyar (Dini qoymaz ki, sənin abırını aparsın).

Səxavətli insan səxavətinə görə həya edər. O kəsin ki, ailə nəcibliyi olar, ehtiyacına görə sənin abırını aparmaz. Sənin şəxsiyyətini qoruyar. Hacətini yerinə yetirməyincə, səni rədd etməz”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930