Əgər İmamla (ə) dost olmaq istəyirsənsə...
Mьəllif: admin1
Tarix: 15-10-2019, 21:02
Əgər İmamla (ə) dost olmaq istəyirsənsə...
Cavanların çoxu İmam Həsən Müctəba (ə) ilə dost olmağa can atırdılar. Onlardan biri İmamın (ə) xidmətinə gəlir və deyir: “Mən sizinlə dost və yoldaş olmaq istəyirəm”.

İmam Həsən (ə) cavabında buyurur: “Mən səni özümə dost seçərəm, amma bir neçə şərtim vardır ki, mənimlə dostluq edən zaman gərək onlara riayət edəsən”.

Cavan deyir: Hər nə olsa, qəbulumdur”.

İmam (ə) buyurur: “Əgər mənimlə dost olmaq istəyirsənsə, gərək məni tərifləməyəsən. Çünki mən özümü səndən daha yaxşı tanıyıram.

Məbada mənə yalan deyəsən, çünki yalanda dəyər və etibar yoxdur.

Məbada mənim yanımda kiminsə qeybətini edəsən”.

Cavan bir qədər susdu. Həmin şərtləri özündə görmədiyi üçün, İmama (ə) dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Mənə icazə verin, geri qayıdım”.

İmam (ə) gülümsəyərək, buyurdu: “Əgər belə istəyirsənsə, çətinliyi yoxdur”.

Allahım, bizləri İmama (ə.f) dost olmaq ləyaqətinə layiq olanlardan qərar ver!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031