Quranda işarə olunan “Muztər” sözü kimə aid edilir?
Mьəllif: admin1
Tarix: 2-10-2019, 22:48
Quranda işarə olunan “Muztər” sözü kimə aid edilir?
İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, muztər o kəsdir ki, İbrahim (ə) məqamında iki rükət namaz qılar, Allahı çağırar. Allah da onu eşidər. Onun giriftarlıqlarını aradan aparar. Onu, yer üzündə öz xəlifəsi edər”.

Allah Təala Qurani-Kərimdə buyurur: “(O şəriklərmi yaxşıdır) yoxsa darda qalan bir kimsə Onu çağırdığı (dua etdiyi) zaman ona cavab verən, onun zərər və çətinliyini aradan qaldıran, sizi yer (üzünün) canişinləri (Allahın yer üzündə canişinləri və gedənlərin yerində qalanları) edən kəs?

Məgər tək olan Allahla yanaşı, başqa bir tanrımı var?! Çox az öyüd-nəsihət alırsınız!”. (“Nəml” 62).

Hədislərimizin nəzərinə görə, həqiqi muztər – İmam Zaman ağadır (ə.f).

İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurmuşdur ki, bu ayə - Ali-Muhəmmədin Qaimi (ə.f ) haqqında nazil olmuşdur. Belə ki, İmamın (ə.f) zühurundan sonra kafirlərin hakimiyyəti məhv olacaqdır. Salehlər hakimiyyət başına gələcəklər.

Muztər o kəsdir ki, əməlləri İlahi əməllər olar. Ancaq İlahi sünnələri dəyişdirməz. Misal üçün, Allahın sünnələrindən biri budur ki, insanlar dünyada daimi qalmırlar. Onlar ölümlərinin zamanı gələn zaman bu dünyanı tərk edərlər. Bu, elə qanundur ki, hətta muztər belə onu dəyişdirə bilməz.

Beləliklə deyə bilərik ki, Quranda adı çəkilən muztərin ən bariz nümunəsi – İmam Zaman ağadır (ə.f).

İmam (ə.f) o kəsdir ki, İbrahim məqamında namaz qılır və Allahın yer üzərində olan xəlifəsidir. Allah onun hacətlərini eşidir və yerinə yetirir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930