Səfər ayında bu surəni 14 gün ardıcıl oxuyun
Mьəllif: admin1
Tarix: 1-09-2022, 16:46
Səfər ayında bu surəni 14 gün ardıcıl oxuyun
Mütəal Allah yanında ayların sayı on ikidir. Öz özlüyündə günlərin və ayların bir-birindən üstünlüyü yoxdu. Lakin baş vermiş, yaxud baş verəcək hadisə həmin vaxta diqqət qazandırır.

Səfər ayı da özündə cəm etiyi mühüm hadisələrlə diqqət əldə edir. Bu ayda İmam Hüseynin (ə) ərbəini, Allah Rəsulunun (s) vəfatı, İmam Həsən (ə) və İmam Rzanın (ə) şəhadət günləri vardır. Həmçinin mühüm əhəmiyyətə malik olan Siffeyn döyüşü də bu ayda baş verib.

Həmçinin qeyd edək ki, səfər sözü bir növ sıfıra yaxın mənalı sözdür. Bəzi tədqiqatçılar bu mənanı döyüşlərin haram olduğu ayların bitməsindən sonra bu ayda müharibələrin başlaması və evlərin ailələrin başsız, boş qalması ilə əlaqələndirirlər.

Digər aylarda və günlərdə olduğu kimi səfər ayında da oruc tutmaq, Quran tilavət etmək, çoxlu dualar etmək tövsiyyə olunur. Lakin bu ayın on dörd gününü Vaqiə surəsini oxumaq daha çox tövsiyə olunur. Vaqiə surəsini tilavət etmək dünya və axirət çətinliklərinin həllinə, ruzinin artmasına, qəlbin işıqlanmasına səbəb olur.

Vaqiə surəsinin tilavətinin əhəmiyyət barədə belə buyurulub:

Allah Rəsulu (s):

Hər kim hər gecə Vaqiə surəsin oxusa, o şəxsə heç bir pərişanlıq üz verməz.

İmam Sadiq (ə):

Hər kim yatmamışdan qabaq Vaqiə surəsin oxusa qiyamətdə üzü parlaq ay kimi olar.

İmam Sadiq (ə):

Kim behşit həsrətindədirsə Vaqiə surəsin oxusun.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930