Bir saat ədalətli olmağın dəyəri
Mьəllif: admin1
Tarix: 25-09-2019, 10:11
Bir saat ədalətli olmağın dəyəri
Həzrət Peyğəmbər (s):

عَدْلُ سَاعَةٍ خَيْرٌ مِنْ عِبَادَةِ سَنَةٍ

“Bir saat ədalətli olmaq bir ilin ibadətindən üstündür.” (“Nəhcül-fəsahə”, səh.410, hədis 1936.)

Qısa izah

İbadət məxluqla Xaliq arasındakı rabitə, eləcə də, həmin rabitə və ünsiyyətə diqqət etməkdən ibarətdir. İbadətlər insanın təfəkkür və ruhunun təkmilləşdirilməsində yardımçı və mühüm rola malik olan tərbiyəvi dərslərdir.

Hədisdə bir saatlıq ədalətli olmağın bir illik ibadətdən üstün olduğu qeyd edilmişdir. Bu isə ədalət və təfəkkür amillərinin həddən artıq əhəmiyyət daşıdığını açıqlayır.

Nəzərdən qaçırılmamalıdır ki, ədalət olmayan yerdə təfəkkür və əql də mövcud olmayacaqdır. Amma əksinə, sağlam təfəkkür olan yerdə ədalət də mövcuddur.


(Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930