Alimin abiddən üstünlüyü – 14 günlük Ayın ulduzlardan üstünlüyü kimidir
Mьəllif: admin1
Tarix: 29-08-2019, 21:58
Alimin abiddən üstünlüyü – 14 günlük Ayın ulduzlardan üstünlüyü kimidir
Qurani-Kərim buyurur: “Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır”. (“Mücadilə” 11).

“De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?». Yalnız əsil ağıl sahibləri ibrət götürərlər”. (“Zumər” 9).

Həzrət Peyğəmbər (s) buyurur: “Elm istəyində olmaq – hər bir müsəlmana vacibdir. Agah olun ki, Allah Təala elm istəyində olanları sevir”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim elm təhsili almaq üçün yol qət edərsə, Allah behiştə daxil olmaq yolunu onun üçün açar. Mələklər qanadlarını elm istəyində olan üçün açarlar. Çünki onun işinə görə sevinirlər. Həqiqətən, elm istəyində olanlar üçün səmada və yerdə olanlar, hətta dəniz balıqları bağışlanma istəyərlər.

Alimin abiddən üstünlüyü – 14 günlük Ayın ulduzlardan üstünlüyü kimidir.

Alimlər – peyğəmbərlərin (ə) varisləridirlər. Ancaq peyğəmbərlər (ə) dirhəm və dinar irs qoymazlar, dini elmi miras qoyarlar. Ona görə də hər kim dini elmi əldə edər, çoxlu bəhrə əldə etmiş olar”.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Alimin yuxusu – abidin min rükət namazından daha üstündür. Ey Əli! Cəhalətdən kəskin yoxsulluq, təfəkkür kimi ibadət yoxdur”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930