Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər
Mьəllif: admin1
Tarix: 27-08-2022, 10:13
Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər
Qız övladları – behişt gülləridir ki, Allah Təala dünyada insanlara rəhmət kimi əta edər. Qız övladlarının insan üçün gətirdiyi dünya və axirət bərəkətləri ilə Məsumların (ə) mübarək dilindən tanış olaq.

Həzrət Peyğəmbər (s) buyurur: “Qız övladları – bərəkət mənbəyidirlər”.

Həzrət Rəsulallah (s) buyurur: “O kəsin ki, bir qız övladı olar, Allah Təala onun köməkçisi olar. Bərəkət və bağışlanmasını onun halına şamil edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Qız övladı olan evə Allah hər gün 12 rəhmət və bərəkət nazil edər. O mənzil mələklərin ziyarət və görüş yeri olar. O mələklər həmin qızın atası üçün əməl dəftərinə hər gün bir ilin ibadət savabını yazarlar”.

Həzrət Rəsulallah (s) buyurur: “Onlar müjdə mənbəyidirlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, bir qız övladı olar, bu qız övladı onun üçün min həcdən, Allah yolunda edilən min cihaddan, min dəvə qurban etməkdən, min dəfə qonaqlıq verməkdən daha üstündür”.

Həzrət (s) buyurur: “O kəsin ki, üç qız övladı olar, cihadın məsuliyyəti onun çiynindən götürülər”.

İmam Sadiq (ə) buyurur: “Qızlar – həsənə kimidirlər. Allah Təala həsənə qarşısında əcr və savab inayət edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, qız övladı olar, onlara yaxşılıq edər, cəhənnəm atəşinin əzabından amanda olar”.


Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, qız övladı olar, həmin qız övladına ziyan vurmazsa, onu təhqir etməzsə və oğlan övladını ondan üstün tutmazsa – Allah Təala bu cür insanı behiştə daxil edər”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Hər kimin iki qız övladı olarsa, o qızların vasitəsilə behiştə daxil olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930