Allah bu 4 dəstəni sevir
Mьəllif: admin1
Tarix: 27-08-2022, 09:58
Allah bu 4 dəstəni sevir
Bir “hədisi-qüdsi”də Allah-Taala Öz Peyğəmbərinə (s) xitabən belə buyurur:

“Ya Muhəmməd (s)! Xalqın dörd dəstəsinə Mənim məhəbbətim vacibdir:

وَجَبَتْ مَحَبَّتي لِلْمُتَحابّينَ فيّ

1. Birinci dəstə bir-birini Mənə görə sevənlərdir;

وَ وَجَبَتْ مَحَبَّتي لِلْمُتَقاطِعينَ

2. İkinci dəstə Mənim bəyənmədiyim kəslərlə dostluqdan çəkinənlər və düşmənlərimlə rabitəni kəsənlərdir. (Başqa sözlə, onlar nəfs istəklərinə görə Allahın razılığı olmayan əlaqə qurmuşlarsa, ilahi məhəbbət naminə həmin dostluq əlaqəsini qırırlar.)

وَ وَجَبَتْ مَحَبَّتي لِلْمُتَواصِلينَ فيّ

3. Üçüncü dəstə Mənə xatir bir-birilə əlaqə quranlardır. (Onlar Allaha xatir aralarındakı kin-küdurəti unudub əlaqə quranlardır.)

وَ وَجَبَتْ مَحَبَّتي لِلْمُتَوَّكِّلينَ عَلَىَّ

4. Dördüncü dəstə Mənə təvəkkül edənlərdir.”

Qeyd etməliyik ki, Allah-Taalanın dostları ilə dostluq ilahi məhəbbətin izharıdır. Təbii ki, hər hansı bir varlığa məgəbbət onun ətrafındakılara da sirayət edir. Allahı sevən insan, şübhəsiz ki, Ona yaxın olanları da sevir.

Bu, məhəbbətin təkvini, təbii, fitri təsirlərindəndir. Bir kəsi sevib onun əlaqəli olduqlarını sevməmək mümkünsüzdür. Ona görə də, Allahı sevən şəxs Allaha daha yaxın olanları da sevir.

Bu zümrədən olanlar ilk öncə Peyğəmbəri-Əkrəm (s) və məsum imamlara məhəbbətlərini izhar edirlər. Sonra isə növbə onların yolu ilə gedənlərə çatır.

Hər kim Allaha iman əsasında başqalarını sevərsə, kimsəni Allaha həqiqi bəndəliyinə və təqvasına görə dost tutarsa, ümidvar olmalıdır. Çünki bəndələrə, Allah dostlarına olan məhəbbət insanı Allaha doğru aparan bir vasitədir.

Belə bir məhəbbət insanı büdrəyişlərdən, xətalardan qoruyur. Bununla yanaşı, belə bir insan öz əməli ilə Allahın da məhəbbətini əldə edir.

Hər bir aşiqin ən böyük arzusu məhbubunun məhəbbətini qazanmaqdır. Elə buna görə də, Allah-Taala Qurani-Kərimdə ilahi məhəbbətin əldə olunması haqqında belə buyurur:

اِنْ كُنْتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونى يُحْبِبْكُمُ اللّهُ

“Əgər Allahı sevirsinizsə, Onun göstərişlərinə əməl edin ki, Allah da sizi sevsin.” (“Ali-İmran”/29.)

Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031