Allahu Əkbər bayramı
Mьəllif: admin1
Tarix: 18-07-2022, 19:02
Allahu Əkbər bayramı
Qədir-Xum bayramı “Allahu Əkbər bayramı” adı ilə məşhurdur. İslam dininin ən böyük bayramı hesab olunur. İl ərzində heç bir gün bu bayram qədər əziz və dəyərli deyildir.

İmam Sadiq (ə) buyurur: “Qədir-Xum bayramı qalan üç bayram olan Fitr, Qurban və cümə bayramları arasında sanki ulduzlar arasında parlayan Ay kimidir”.

İmam (ə) bu gözəl hədisdə Qədir-Xum bayramını parlayan Aya bənzədir. Bu Ayın nuru o qədər çoxdur ki, İslam dininin qalan üç bayramının nurunu belə üstələyir.

Çünki bu, elə bir gündür ki, Allah dinini təkmilləşdirmiş və ümmətinə hüccətini tamamlamışdır.

Əhli-təsənünnün böyük alimlərindən olan ət-Təbəri nəql edir: “Peyğəmbər (s) buyurmuşdur: “Qiyamət günü ki, Allah bütün insanları toplayacaqdır və Sirat körpüsü cəhənnəmin üzərində vurulacaqdır – heç kəs ondan keçməz, məgər o kəsdən başqa ki, Əli ibni Əbutalibin (ə) vilayəti ilə. (Onun üçün) cəhənnəmdən bəraət olacaqdır”.

Hər kim Əli (ə) vilayətini qəbul edər, Qiyamət günü Kövsər hovuzundan sirab olar. Vilayət elə mövzudur ki, Qiyamət günü insan onun haqqında sorğu-sual olacaqdır.

İmam Sadiqdən (ə) soruşurlar ki, bizə bu gündə oruc tutmağı əmr edirsinizmi? Həzrət (ə) buyurur: “Bəli, Allaha and olsun ki, bu, həmin gündür ki, Allah, Həzrət İbrahimi (ə) atəşdən xilas etmişdi. O, bu İlahi lütfün şükrünü yerinə yetirmək üçün həmin günü oruc tutmuşdu.

Həmçinin bu gün – o gündür ki, Həzrət Peyğəmbər (s) Əmirəl-möminini (ə) öz vəsisi və canişini qərar vermişdir. O, da bu günü oruc tutmuşdu.

Bu gün oruc tutmaq, dua etmək, müsəlmanlara yemək vermək və din qardaşlarını görməyə getmək günüdür.

Bu gündə Rəhman Allahın razılığı əldə olunar. Şeytanın burnu torpağa vurular”.

İmamın (ə) nəzərinə görə bu gündə dörd əməli yerinə yetirmək müstəhəbdir:

1. Oruc.

2. Dua, istiğfar, münacat.

3. Yemək vermək.

4. Sileyi-rəhm.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031