Yoxsulluq və nifaqı aradan aparar, insanı 3 aləmdə sığorta edər
Mьəllif: admin1
Tarix: 16-08-2019, 19:19
Yoxsulluq və nifaqı aradan aparar, insanı 3 aləmdə sığorta edər
Salavat elə bir zikrdir ki, insana dünya və axirətdə bəhrə və bərəkət gətirər. Günahlarının bağışlanmasına səbəb olar.

Məsumları (ə) ondan razı salar və əxlaqına təsir qoyar.

Salavatla bağlı dahi insanların nəsihətləri vardır ki, onlara nəzər salaq:

Salavat – Allah tərəfindən insana göndərilən ən üstün hədiyyədir.

Salavat – behişt töhfəsidir.

Salavat, ruhu cilalayar.

Salavat – insanın ağzını xoşətirli edən zikrdir.

Salavat – behiştdə olan nurdur.

Salavat – Sirat körpüsünün nurudur.

Salavat, insana şəfaət verər.

Salavat – İlahi zikrdir.

Salavat, duanı kamilləşdirər və onun yerinə yetməsinə səbəb olar.

Salavat, namazın kamilləşməsinə səbəb olar.

Salavat – Həzrət Peyğəmbəri (s) yuxuda görmək rəmzidir.

Salavat, insanın Allaha yaxınlaşmasına səbəb olar.

Salavat – cəhənnəm atəşi qarşısındakı qalxandır.

Salavat – bərzəxdə və Qiyamət günü insanın munisidir.

Salavat – insanın behiştə getmək icazəsidir.

Salavat, insanı 3 aləmdə sığorta edər.

Salavat – Allah tərəfindən olan rəhmətdir. Mələklər tərəfindən günahları pak etmək və insanlar tərəfindən duadır.

Salavat – Qiyamət günü ən üstün əməldir.

Salavat – Qiyamət günü əməl tərəzisində olan ağır əməldir.

Salavat – ən sevimli əməldir.

Salavat – namazın zinətidir.

Salavat, günahları aradan aparar.

Salavat, yoxsulluq və nifaqı aradan aparar.

Salavat – ən yaxşı mənəvi dərmandır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031