Ayətullah Xamenei: Gənc nəsil inkişafı davam etdirməlidir
Mьəllif: admin1
Tarix: 7-08-2019, 19:34
Ayətullah Xamenei: Gənc nəsil inkişafı davam etdirməlidir
Xəbər verdiyimiz kimi, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər gənc elm xadimləri, yerli və beynəlxalq elmi olimpiada və müsabiqələrin qalibləri ilə görüşüb.

Maide.Az “leader.ir” saytına istinadla xəbər verir ki, görüşdə 100 –dən çox gənc iştirak edib.

Görüşdə çıxış edən Ayətullah Xamenei gənclərin ən mühüm vəzifəsinin sürətlə irəliləyən elmi uğurları davam etdirmək olduğunu bildirib.

Ayətullah Xamenei böyük müvəffəqiyyətlərə imza atan gəncləri təqdir edib: “Ölkə üçün faydalı olan elmi tərəqqi, inqilabçı dünyagörüşü və İslami yanaşma ilə mümkündür. Seçilmiş gənclər, elm və texnologiyanın sərhədlərinə çatmağı və bu istiqamətdə irəliləməyi böyük bir məqsəd olaraq təyin etməlidir”.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei daha sonra belə deyib: “İslam İnqilabının qələbəsindən etibarən, xüsusilə son 20 ildə elmi və texnoloji sahələrdə aparılan bütün fəaliyyətlərə baxmayaraq, hələ bir çox sahədə geri qalırıq. Seçilmiş gənclərin ən mühüm vəzifəsi sürətli şəkildə irəliləyərək, elmi sahədəki uğurları davam etdirməkdir”.

Gənclərin çox çalışaraq və problemləri aşaraq, öz imkanlarını inkişaf etdirməli olduğunu vurğulayan Ali Rəhbər, belə deyib: “Poroblemlər ziyalı gəncləri naümid etməməlidir.

Çünki naümid olmaq bir zəhərdir. Əgər öncəki nəsillər naümid olub dayansaydılar indi biz elə o dövrdə qalardıq lakin indi öncəki nəsil gənclərin bərəkətindəndir ki, ölkədə belə şərait yaranıb. Ziyalı gənclər aşkar və heç çəkinmədən durub sözlərini deyə bilirlər”.

Gənclər əldə etdiyi medalları Ayətullah Xameneiyə hədiyyə ediblər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930