İslam dininin idmana münasibəti
Mьəllif: admin1
Tarix: 7-08-2019, 13:27
İslam dininin idmana münasibəti
Mübarək dinimizin nəzərinə görə, əgər bədən sağlam olarsa, ruh da sağlam olar. Bədəni sağlam saxlamaq üçün isə düzgün qidalanmağa və idmana xüsusi diqqət göstərmək lazımdır.

Həzrət Peyğəmbər (s) buyurur: “O mömin ki, güclü və qüvvətlidir, zəif mömindən daha çox sevilən və bəyəniləndir”.

Dinimiz ruhumuzun sağlamlığına diqqət göstərdiyi kimi, bədənimizin da sağlamlığına böyük əhəmiyyət verir. Onun gigiyenasından tutmuş, qidalanmasına qədər qaydalarını və şərtlərini təyin edir. Buyurur ki, hər kim bu şərtlərə əməl etsə, həm bədəni sağlam qalar, həm də ruhu.

Bu şərtlərdən biri də bədəni idmana adət etdirməkdir. Əgər bədən hərəkət edərsə və idmanla məşğul olarsa, daha sağlam və gümrah olar.

Çox təəssüf ki, müasir zamanda oturaq iş həyatı çoxalmaqdadır və insanlar hərəkətsizlik və sağlam olmayan qidaların sayəsində bədənlərini qoruya bilmirlər. Ancaq əgər həftədə iki və ya üç dəfə idman üçün vaxt ayıra bilsələr, bu zaman bir çox xəstəliklərin qarşısını almış olarlar.

O zaman ki, Yusifi (ə) qardaşları özləri ilə düzənliyə aparmaq istəyirdilər, atası Yəqub (ə) əvvəl etiraz etsə də, övladının istirahət etməsi və qardaşları ilə müsabiqədə iştirak etməsi üçün icazə verir.

“Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq”. (“Yusif” 12).

Onlar da geri qayıdan zaman atalarına belə deyirlər: “Dedilər: «Ey ata, biz getdik, başımız bir-birimizlə yarışmağa qarışdı. Yusufu da əşyalarımızın yanında qoyduq. Beləliklə, canavar onu yedi. Sən heç vaxt, hətta doğruçu olsaq belə, bizə inanan deyilsən»”. (“Yusif” 17).

Ayətullah Məkarim Şirazi buyurur: “Təəccüblüdür ki, Yəqub peyğəmbər (ə) oğlunun oynaması və gəzməsi ilə bağlı heç bir cavab vermir. Əməldə onu qəbul edir. Bu da onu göstərir ki, heç bir sağlam beyin bu fitri ehtiyacı inkar edə bilməz. İnsan dəmir maşın deyildir, ətdən və sümükdən olan canlı varlıqdır. Ona görə də cismi və ruhu yorula bilir.

Ona istirahət vermək lazımdır ki, yenidən enerji toplayıb, işə davam edə bilsin. Ona görə də bir neçə saatlıq gəzinti, istirahət və ya idman insanın yorğunluğunu aradan aparar və ona gümrahlıq hissi verər”.

Bu səbəbdən deyə bilərik ki, idman və istirahət insan bədəninin və ruhunun ehtiyac duyduğu zərurətlərdəndir ki, hər kəs bu mövzuya diqqət göstərməlidir.




(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930