Günün hədisi: Möminlə münafiqi ayıran əlamətlər
Mьəllif: admin1
Tarix: 6-08-2019, 10:46
Günün hədisi: Möminlə münafiqi ayıran əlamətlər
İslam Peyğəmbəri (s):

إِذَا رَأَيْتُمُ الْمُؤْمِنَ صَمُوتًا فَادْنُوا مِنْهُ فَإِنَّهُ يُلْقِي الْحِكْمَةَ وَ الْمُؤْمِنُ قَلِيلُ الْكَلاَمِ كَثِيْرُ الْعَمَلِ وَ الْمُنَافِقُ كَثِيْرُ الْكَلاَمِ قَلِيلُ الْعَمَلِ

“Mömini sükut etdiyi halda görsəniz, ona yaxınlaşın ki, ondan hikmətli sözlər eşidərsiniz. İmanlı insanlar əməli çox və azdanışan, münafiqlər isə əməli az və çoxdanışan olarlar.”
(“Tuhəful-uqul”, səh.296.)

Qısa izah
İnsnın qüvvəsi naməhdud və tükənməyən deyildir. Bu səbəbdən, öz enerjisini hansısa bir məsələdə həddən artıq sərf etdikdə, digər məsələlərdə onun çatışmazlığını hiss edir.

Həqiqətdə, çoxdanışan insanların əməl baxımından az fəaliyyət göstərməsi insanda təəccüb doğurmur.

Hər yer və hər zamanda müsbət xüsusiyyətlərin tərəfdarı olan İslam Peyğəmbəri (s) də az danışmaq, əməl və çalışqanlığı imanlı insanların, bunun əksini isə, yəni çox danışıb az əməl etməyi münafiqlərin nişanələrindən olduğunu buyurur.

Bu xüsusiyyətlər möminlərlə münafiqləri bir-birindən fərqləndirən xüsusiyyətlərdir.

Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031