Ali Dini Rəhbər: “Daha çox uşağa sahib olmaq mədəniyyətə çevrilməlidir”
Mьəllif: admin1
Tarix: 5-08-2019, 18:50
Ali Dini Rəhbər: “Daha çox uşağa sahib olmaq mədəniyyətə çevrilməlidir”
Əsərlərin Mühafizəsi və Nəşriyyat İdarəsi “Milli izdivac günü” münasibətilə 2019-cu ilin aprelində gənc cütlüklərlə görüşən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin açıqlamalarını nəşr edib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbərin gənc cütlüklərə verdiyi tövsiyələrin mühüm hissələri aşağıdakı kimidir:

- Evlilik istər gənc oğlanlar, istərsə də gənc qızlar üçün böyük bir nemətdir.

- İranda və ya İslam ümmətini təşkil edən mühitdə müsəlmanların sayı artarsa, böyümə və inkişaf üçün bir çox imkan olacaq.

- Bu gün çox böyük əhalisi olan ölkələr tərəqqi üçün bir çox imkanlar əldə ediblər. Məsələn, Çin və Hindistan.

- Deməli bu nəslin çoxalması lazımdır. Bunu bir daha təkrar etmək istəyirəm.

- Ölkəmizdəki insanlar itaətkardırlar. Lakin bu planı icra edən və imkanlar təmin etmək səlahiyyətinə malik olanlar öz işlərini yaxşı aparmırlar.

- Daha çox uşağa sahib olmaq mədəniyyətə çevrilməlidir.

- Bəzi Qərb ölkələrində, məsələn ABŞ-da, on beş və iyirmi uşaqlı ailələr var və buna görə də təşviq olunurlar. Heç kim onlara xor baxmır. Ancaq İrana gəldikdə, daha az uşaq olunmasını təbliğ edirlər.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031