İslamın nəzərində tibb bacısı peşəsi necə qiymətləndirilir?
Mьəllif: admin1
Tarix: 27-07-2019, 18:51
İslamın nəzərində tibb bacısı peşəsi necə qiymətləndirilir?
O zaman ki, insanın dərdi və ağrısı başlayır və o, sağlamlığını əldən verir – həkimə ehtiyac yaranır. Amma heç bir bir həkim köməkçi olmadan fəaliyyət göstərə bilməz. Tibb bacısı məhz bu nəcib işdə həkimə kömək edir.

Hələ qədim zamandan bəri bu peşə mövcud olmuş və hal-hazırda da mövcud olmaqdadır.

Bəs dinimiz bu peşəyə necə baxır?

Özündən zəif olanlara yardım etmək meyli – hər bir insanın fitrətinə qoyulmuş sifətlərdəndir. İlahi rəhbərlər də həmişə bu yolda qabaqcıl olmuş və zəiflərə xidmət etmişdilər.

O zaman ki, Həzrət Yusif (ə) zindanda idi, məhbuslara xidmət edirdi. O, öz qayğısı və mehribanlığı ilə başqalarının diqqətini özünə cəlb edir və hamı onu yaxşı əməl sahibi kimi tanıyırlar.

İmam Sadiq (ə) də bu həqiqəti təsdiq edərək buyurur ki, Həzrət Yusif (ə) zindanda olan məhbuslara xidmət edər və ehtiyaclarını aradan qaldırardı.

Dinimiz buyurur ki, əgər bir insanı xilas edə bilirsənsə, deməli bütün bəşəri xilas etmisən. Ona görə də həkimlərin və tibb bacılarının səyi nəticəsində ölümdən nicat tapan hər bir insan həyatı – Uca Allahın razılığına səbəb olan əməllərdəndir.

“Kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir”. (“Maidə” 32).

Ona görə də dinimiz bu peşəyə böyük əhəmiyyət verir və onların zəhmətinin böyük əcrə malik olduğunu vurğulayır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031