Günün hədisi: Ağalıq və əsirlik
Mьəllif: admin1
Tarix: 24-07-2019, 17:06
Günün hədisi: Ağalıq və əsirlik
İmam Əli (ə):

امْنُنْ عَلى‏ مَنْ شِئْتَ تَكُنْ اميرَهُ، وَ احْتِجْ الى‏ مَنْ شِئْتَ تَكُنْ اسيرَهُ، وَاسْتَغْنِ عَمَّنْ شِئْتَ تَكُنْ نَظيرَهُ

“Ağalıq etmək istədiyin şəxsə yaxşılıq et, əsiri olmaq istədiyin şəxsə möhtac ol və tayı (bənzəri) olmaq istədiyin şəxsə ehtiyaclı olma!”

(“Biharul-ənvar”, c.74, səh.400 və 421; c.72, səh.107 və c.71, səh.411.)

Qısa şərh

İctimai münasibətlərdə bütün fərd və millətlər arasında belə bir qanunun hakimliyi danılmazdır: “Hakimiyyət varlı təbəqəyə məxsus olduğundan, kasıb təbəqə istər-istəməz ona tabedir.

Möhtac insanlar, həqiqətdə, başqalarına ehtiyaclı olduqlarını bildirdikləri üçün, özləri öz köləlik sənədlərinə imza atmışlar. Bu səbəbdən, İslamda başqalarından yardım diləmək pislənmişdir.

Deməli, həqiqi müsəlman digər insanlarla ictimai münasibətlərini birtərəfli deyil, qarşılıqlı əməkdaşlıq əsasında qurmaq üçün çalışmalı və əvəzsiz kömək istəmək isə, yalnız əlil və şikəst insanlara aid olmalıdır.”

Hökmranlıq və tabelik, izzət və zillət, xoşbəxtlik və bədbəxtlik, zənginlik və yoxsulluq kimi məsələlər təsadüfi deyil, əksinə insanların öz əlləri ilə hazırladığı səbəblərin nəticələridir. Xoşbəxtlik və bədbəxtlik amillərini ayırd edərək birincini qazanmaq, ikincini isə dəf etmək üçün səy etmək lazımdır.

(Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930