Dərsləri keyfiyyətli öyrənmək, elmlərə yiyələnmək üçün sadə və effektiv metodika
Mьəllif: admin1
Tarix: 24-07-2019, 16:53
Dərsləri keyfiyyətli öyrənmək, elmlərə yiyələnmək üçün sadə və effektiv metodika
Dinimizin nəzərinə görə, sükut etmək – böyük bir əxlaqi dəyər hesab olunur. Az söz danışmağı dinimiz sevir. Çox danışanları məzəmmət edir. Adətən aqil insanlar az danışan olurlar. Onlar zərurət yaranan zaman danışar və qalan vaxtı sükut edərlər.

Məsələn, Əllamə Təbatəbai də bu cür alimlərdən idi. Çox az danışardı, ancaq danışan zaman dilindən hikmət axardı. Suallara cavab verərək, sonra sükut edərdi.

Rəhmətlik İmam (r) da bu cür ariflərdən idi.

Bunu qeyd edək ki, az danışan insanların beyni yaxşı işləyir. O kəslər ki, bütün enerjilərini danışmağa sərf edirlər – onlar fikirlərini doğru çatdırmağı bacarmırlar.

Bu səbəbdən alimlərimiz və ariflərimiz sükut etməyi tövsiyə edirlər.

Əllamə Təbatəbai buyurur: “Hər kim 40 gün danışmağına nəzarət edər və zəruri hallarda danışarsa – onun qəlbi nuraniyyət əldə edər. Əgər bu nuraniyyəti əldə etməsə, mənə nifrin edə bilər. Ona görə də insanın az danışması çox mühümdür. Çox danışmaq beyini yorar və işdən salar”.

Əziz Peyğəmbərimiz (s) buyurur ki, elmin haqqı budur ki, sükut edəndən sonra qulaq asmağı bacarasan. Qulaq asmaq özü böyük bir əxlaqdır. Hər kəs dinləməyi bacararsa və qarşı tərəfin sözlərindən bəhrələnə bilərsə, deməli həqiqi aqil insandır. Zehnini ancaq faydalı olan şeylərə tərəf yönəldə bilir.

Ancaq fikir dağınıqlığı və sözlərin mənasına qulaq asmamaq bu gün həm şagirdlərin və həm də tələbələrin ən böyük bəlası hesab olunur. Bu da ona görə baş verir ki, insan xəyalı – uçan quşa bənzəyir.

Bir budaqdan o biri budağa uçur və insanın zehnini özünə məşğul edir. Belə bir insan diqqətini toplayıb, qarşı tərəfə qulaq asmaq qabiliyyətindən məhrum olar.

Alimlərimiz buyurur ki, əgər dərs oxumaq istəyirsənsə, ilk olaraq “Bismillah” de və sonra özünə təlqin et ki, mən bir müddət ərzində dərs oxuyacağam və başqa işlərlə məşğul olmayacağam.

Əvvəl mümkündür ki, çətin olsun. Ancaq tədricən buna adət edəcəkdir. Əgər insan özünü ilk 20 dəqiqədə kontrolda saxlaya bilsə, ikinci dəfə bu dəqiqələrin sayını artırmaq olar. Hətta 10 dəqiqədən də başlamaq olar.

Hər həftə üçün müəyyən hədd götürmək və möhkəm riayət etmək lazımdır. İnsan bir də ayılacaq ki, artıq 1 saat ərzində diqqətini təmərküz edə bilib. Sonra bu, tədricən 2 saata keçəcək və s.

Bu metod sadə olduğu qədər, effektlidir.

Bu tövsiyə Quran və dua oxuyanlara da aid edilir.

Allah bizlərə qulaq asdıqlarımız və eşitdiklərimiz faydalı elmlərdən bəhrələnmək tövfiqini nəsib etsin. Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031