“Mizanül-hikmə” kitabı nədən bəhs edir və səhihdirmi?
Mьəllif: admin1
Tarix: 12-07-2019, 08:39
“Mizanül-hikmə” kitabı nədən bəhs edir və səhihdirmi?
“Mizanül-hikmə” hədis məcmuəsidir. Bu kitab hal-hazırda sağ olan Reyşəhri adlı bir alim tərəfindən son dövrlərdə tərtib edilib.

Kitab fərqli çaplarda 5 və 10 cild şəklində nəşr edilib. Bundan əlavə, kitabın müxtəsər variantları və sair dillərə (o cümlədən, azərbaycan dilinə) tərcümələri də çap edilib.

“Mizanül-hikmə” kitabının özəlliyi budur ki, burada hədislər əlifba sırası ilə, mövzular üzrə qruplaşdırılıb; bu xüsusiyyət kitabdan istifadəni çox asanlaşdırır. Kitabda əsasən şiə, qismən əhli-sünnə məzhəblərinə aid hədislər mövcuddur.

“Mizanül-hikmə” kitabı ümumilikdə mötəbər və faydalı əsərdir. Amma içində ayrı-ayrı hədislərin zəif olma ehtimalı da istisna edilmir; çünki heç bir hədis məcmuəsi bundan sığortalanmayıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930