Günün hədisi: Səhv etmə ki, üzr də istəməyəsən
Mьəllif: admin1
Tarix: 9-07-2019, 11:56
Günün hədisi: Səhv etmə ki, üzr də istəməyəsən
İmam Hüseyn (ə):

إِيَّاكَ وَ مَا تَعْتَذِرُ مِنْهُ فَإِنَّ الْمُؤْمِنَ لا يُسِيئُ وَ لا يَعْتَذِرُ وَ الْمُنَافِقُ كُلَّ يَوْمٍ يُسِيئُ وَ يَعْتَذِرُ

“Pis iş görmə ki, üzr istəməyə də məcbur olamayasan. Mömin pislik etməz ki, ona görə də üzr istəsin. Münafiq isə hər gün pislik edər və ona görə də üzr istəyər!”

(“Tuhəful-uqul”, səh.177.)

Qısa izah

İnsanın səhv və xətaya yol verməsi mümkündür. Lakin bu yerdə möminlərlə münafiqlər arasında əsas bir fərq mövcuddur. İman əhli həmişə özünü xoşagəlməz işlərdən qorumaq və günaha mürtəkib olmamağa çalışır və bilirlər ki, üzr istəmək məsələnin həlli deyil. Lakin münafiqlər heç bir yalan və pislikdən çəkinmir və ardıcıl olaraq üzr istəyirlər.

Belə bir addım zahirdə üzr istəyənin peşmançılığına dəlalət etsə də, batində onun əksini, yəni peşman olmadığını göstərir və bu, münafiqlik əlamətidir.

Hansısa bir səhv və xətaya görə üzr istəmək bəyənilən bir iş və böyüklük, amma ardıcıl olaraq yanlış addım atmaq və üzr isə münafiqlikdir və belə insanların üzrünün heç bir əhəmiyyəti yoxdur.


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930