Möminin rəbvədə yerləşən ağac kimi olması nə məna daşıyır?
Mьəllif: admin1
Tarix: 25-06-2019, 18:20
Möminin rəbvədə yerləşən ağac kimi olması nə məna daşıyır?
Qurani-Kərim buyurur: “Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl baxımından) möhkəmləndirmək üçün xərcləyənlər, yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində ikiqat meyvə vermiş bağ kimidir.

Ora leysan yağmasa da, narın yağış yağıb (və o, otsuz qalmayıb).

Allah əməllərinizi görəndir”. (“Bəqərə” 265).

Allah Təala Bəsirdir və hər şeyi görəndir. Bəsir o kəsə deyilir ki, yaxşılıqları, pislikləri, gözəllikləri, çirkinlikləri görə bilir. Bu ayə buyurur ki, necə ki, Allah bir bağdakı gözəlliklər və çirkinliklərdən agahdır – həmçinin insanların da pis və yaxşı işlərindən də tam agahdır.

Bu ayədə mühüm nöqtə ondadır ki, o bağ ki, rəbvədə qərar tutar, ikiqat məhsul verər. Əgər üzərində yağış az yağsa da, yenə də məhsul verər.

Rəbvə ərəb dilində yerin o səthinə deyilir ki, dəniz səviyyəsindən orta hesabla 600 metr yüksəklikdə yerləşər. Mütəxəssislərin nəzərinə görə, yerin bu səthində olan bitkilər daha yaxşı yetişər və daha çox məhsul verərlər.

Küləyin əsməsi, havanın təmizliyi, rütubətin normada olması – bunların hamısı bitkilərin inkişafına təsir edən amillərdirlər.

Bu səbəbdən o ağac ki, rəbvədə yerləşər, yağış yağması nəticəsində necə qat daha çox məhsul verər. Əgər yağış az yağsa belə, yenə də məhsulu bol olar.

Mömin da rəbvədə yerləşən ağac kimidir. Hər nə qədər Allaha yaxın olarsa, mənəvi səmərəsi də bir o qədər çox olar.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031