Ölmüş insanın ruhu gəlib, insanı narahat edə bilərmi?
Mьəllif: admin1
Tarix: 26-05-2022, 21:03
Ölmüş insanın ruhu gəlib, insanı narahat edə bilərmi?
Bu dünyada yaşayan insanların bəzisi yaxşı və bəzisi pis insanlardırlar. Ölən zaman da onların ruhlarını günahkar və mömin olaraq ayırarlar, behiştə və cəhənnəmə göndərərlər.

Bəzi film və kitab müəllifləri öz xəyal qüvvələrindən istifadə edərək, elə şeyləri insanlara təqdim edirlər ki, həqiqətdən uzaqdır. Bu filmlərdə dünyada avara halda qalan ruhlardan bəhs olunur. Bəs belə bir şeyin olması mümkündürmü?

Əgər hədislərimizə nəzər salsaq, görərik ki, Qiyamət bərpa olana qədər ruhların dünya ilə əlaqəsi mövcuddur. Bəzi ruhlar Allahın izni ilə dünyaya gələr və öz yaxınlarını görməyə çalışar, onların halından xəbər tutarlar.

Ancaq bu dünyada avara qalıb insanlara ziyan vuran ruhlar barəsində heç bir məlumat verilmir. Nə hədislərimizdə, nə də Quranda. Ona görə də açıq şəkildə deyə bilərik ki, ruhların insanlara ziyan vurması və bu dünyada avara qalması nəzəri – yanlış nəzərdir.

Çünki Allah hər bir insanın ruhunu qəbz edəndən sonra onu bərzəx aləminə aparar. Bu dünyaya gələn ruhlar isə ancaq Allahın izni ilə gələrlər. Bu dünyaya Allahın izni ilə gələn ruhların isə başqalarına ziyan vurması mümkünsüzdür.

Çünki ruhlar mücərrəd, insanlar isə maddidirlər. Uca Allahın xüsusi icazəsi olmadan, bu rabitələr baş tuta bilməz. Yəni, ruh özbaşına qalıb, kimisə narahat edə bilmir.

Hər bir halda deyə bilərik ki, bu işə ruhlar qadir deyildir. Onların ancaq müşahidə etmək haqları vardır.

Əgər kiməsə ziyan vurmaq imkanından danışsaq, daha çox şər cinlərin buna olan müəyyən imkanından söhbət gedə bilər. Bu cinləri tanımayan insanlar isə onları avara olmuş ruhlara bənzədirlər.

Əlbəttə ki, müqəddəs dinimiz şər cinlərin də müdaxiləsindən müdafiə olunmaq imkanlarını təqdim edib.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031