Bu gün böyük İslam alimi Şeyx Əbdul-Əzimin vəfat günüdür (Video)
Mьəllif: admin1
Tarix: 19-06-2019, 14:23
Bu gün böyük İslam alimi Şeyx Əbdul-Əzimin vəfat günüdür (Video)
Bu gün hicri təqvimi ilə şəvval ayının 15-i Şeyx Əbdül-Əzimin vəfat günüdür.

İslaminSesi.info –İslam dini etiqad məktəbi olmaqla yanaşı həm də şəxsiyyət formalaşdırma məktəbidir. İnsan İslamın əhkamını yaşamaqla və Allahın bəxş etdiyi nuraniyyətlə böyük, əzəmətli məqamları fəth edir.

Bu kimi uca məqam və elm sahiblərindən diri də Şah Əbdül-Əzim ləqəbi ilə tanınan Seyyid Əbdul-Əzim Həsənidir.

O hicrətin 173-cü ilində Mədinə şəhərində dünyaya göz açıb. Atası Abdullah ibn Əli, 4-cü babası İmam Həsəndir (ə).

Əbdül-Əzim böyük İslam alimlərindən, məsumlardan (ə) hədis nəql edən, mənəviyyat sahibi şəxslərdəndir.

Əbdül-Əzim dövrünün 3 imamı ilə rabitədə olub. Ayətullah Tehrani bu barədə deyir: O böyük şəxsiyyət İmam Rza, İmam Cavadı (ə) dərk edib və öz imanını İmam Hadiyə (ə) yetirib.”

Mənbələrdə qeyd olunur ki, o, İmam Cavad və İmam Hadi (ə)-ın hüzuruna daxil olarkən böyük ədəblə daxil olar, imamlar (ə) da onu düz yaxınlarında əyləşdirər, ona böyük hörmət edərdilər.

Şeyx Əbdül-Əzim Abbasilər dövründə yaşamış və daim haqq carçısı olmuşdur. Bu səbəbdən daim təqib olunardı. Bu səbəbdən Mötəzin vaxtında İmam Hadinin (ə) əmri ilə Samirra şəhərindən Rey şəhərinə hicrət edir və ömrünün sonuna kimi orada təbliğat və İmamların hədislərini söyləmək, Quran təfsir etməklə məşğul olur.

Həmçinin Əbdül-Əzimin Xotasana İmama Rzanı (ə) ziyarət qəsdilə gəldiyi də deyilir.

Şeyx hicrətin 252-ci ilində şəvval ayının 15-də İmam Hadinin (ə) zamanında vəfat edir. Onun necə ölümü barədə dəqiqi məlumat yoxdur. Şeyx Tusi onun vəfat etdiyini və qəbrinin Rey şəhərində olduğunu yazır.

Şeyx Səduq, Əbdül-Əzimin elm və fəziləti barədə yazır: “O həzrət hər zaman İmam hadinin (ə) hüzuruna daxil olanda öz etiqadını izhar edər, İmam da (ə) ona: Sən bizim həqiqi (sadiq) dostlarımızdansan buyuraradı.” (Kəmalud-din. 2/51

Şeyx Əbdül-Əzimin məzarının ziyarətinin fəziləti barədə İmam Hadi (ə) buyurub: “Əbdül-Əzimi ziyarət edən sanki İmam Hüseyni ziyarət etmişdir.” (İxtisas. Şeyx Mufid. 247)






Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031