Hər kəsin söhbətində oturma
Mьəllif: admin1
Tarix: 14-06-2019, 09:53
Hər kəsin söhbətində oturma
İmam Cavad (ə):

مَنْ أَصْغَيٰ إِلَيٰ نَاطِقٍ فَقَدْ عَبَدَهُ فَاِنْ كَانَ النَّاطِقُ عَنِ اللهِ فَقَدْ عَبَدَ اللهَ وَ إِنْ كَانَ النَّاطِقُ يَنْطِقُ عَنْ لِسَانِ إِبْلِيسَ فَقَدْ عَبَدَ إِبْلِيسَ

“Gözəl danışan natiqin sözlərinə qulaq asan kəs, həqiqətdə, ona pərəstiş etmişdir. Əgər natiq Allah kəlamı danışırsa, onu dinləyən şəxs Allaha, şeytani sözlər danışırsa, şeytana pərəstiş etmişdir.”
(“Tuhəful-uqul”, səh.339.)

Qısa izah

Kimliyindən və nə danışmasından asılı olmayaraq, söz təsirə malikdir və adətən, dinləyicidə təsir qoyur. Bu cəhətdən, hər danışanın söhbətinə qulaq asmaq bəyənilmir, çünki bəziləri bihudə, bəziləri də batil sözlər danışır və natiqlərin hədəfləri müxtəlifdir.

İnsanların söhbətlərinə qulaq asmaq sanki pərəstiş sayılır və pərəstiş ruhu təslim olmaq və itaətdən başqa, bir şey deyildir. Nəticədə, haqqa qulaq asanlar haqqa, batilə qulaq asanlar da batilə pərəstiş etmiş olurlar.

Bəli, ilahi sözləri dinləmək ruha aramlıq bəxş etdiyi ki, batil məclislərdə iştirak etmək və batil sözlərə qulaq asmaq ruhu korlayır, fitrətə əks-təsir göstərir.


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930