İmam ilə xəlifənin fərqi nədir?
Mьəllif: admin1
Tarix: 11-06-2019, 23:06
İmam ilə xəlifənin fərqi nədir?
“İmamət” sözünün lüğətdəki mənası “rəhbərlik”dir. O kəsə imam deyərlər ki, bir dəstə insanın diqqət mərkəzində olar. İnsanlar onun danışıq və rəftarının ardıcılı olarlar.

“Xəlifə” sözünün lüğətdəki mənası isə “canişin” deməkdir. Yəni, o kəsdir ki, hansısa rəhbərdən sonra onun işini davam etdirər.

Adətən İslam dinində Peyğəmbərin (s) rehlətindən sonra hökumət işlərinə yiyələnən şəxslərə xəlifə deyilirdi. Onları Rəsulallahın (s) xəlifəsi adlandırırdılar.

İmam mövzusuna gəldikdə isə, Quranda imam sözü iki mənada istifadə olunmuşdur. İmam haqq tərəfdarı da ola bilər, batil tərəfdarı da.

“Səbir etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün, Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik”. (“Səcdə” 24).

“Biz onları (küfr və tüğyanları ilə gələcək nəsilləri) (cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik”. (“Qəsəs” 41).

İmam-camaata ona görə imam deyirlər ki, namazqılanlar ona iqtida edərlər. Namazın sözlərində və zikrlərində onun etdiklərini təkrar edərlər.

Bəzən imam bir məscidin imamı olur, bəzən bir şəhərin, bəzən də bir ölkənin və ümmətin.

Əhli-Beyt (ə) məktəbinin nəzərinə görə imam iki cür olur.

Biri Allah tərəfindən təyin edilən və Peyğəmbərin (s) nəslindən olan Məsum İmamdır (ə) ki, bütün müsəlmanlar üçün onun vilayətini qəbul etmək vacibdir.

Biri isə müsəlmanlara rəhbərlik edib, onların dünya işlərini həll edən və mənəvi inkişaflarına yardım edən alimdir. Məsumlar (ə) bu cür alimləri öz canişinləri hesab edirlər.

Tarixi ənənəyə baxsaq, xəlifələrin taxta çıxması qanlı-qadalı hadisələrin nəticəsində olub. İmam – insanların üzərində olan hüccət və Allah tərəfindən təyin edilən rəhbərdir.

Tarixi xəlifələr isə keçmiş xəlifələrin yerində əyləşib, onların işlərini davam etdirən şəxsdir. Xəlifələrin hakimiyyətə gəlməsi, əsasən taxt-tac uğrunda mübarizənin yekunu kimi olurdu.

Artıq bu şəxsləri başqa sözlə padşah da adlandırmaq olardı. Yəni, bir ölkənin idarə işlərini boynuna götürüb, onların dünya işləri ilə məşğul olan şəxs. Bu şəxs haqq tərəfdarı da ola bilər, batil tərəfdarı da.

Ancaq tarixdə oxuduqlarımıza əsaslanaraq deyə bilərik ki, xəlifələrin əksər hissəsi batil tərəfdarları olmuş və Məsumları (ə) həlak etməyə çalışmışdılar. Çünki onları düşmən bilmiş və yollarında olan maneə kimi məhv etməyə cəhd göstərmişdilər.

O ki, qaldı Ulul-əmr sahiblərinə, yəni Allahın həqiqi İmamlarına Allah Təala bu haqda buyurur: “Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin Məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun”. (“Nisa” 59).

Bu insanlar Peyğəmbərdən (s) sonra bəşər üzərində olan Allahın hüccəti və əmr sahibləridir. Yəni, Allah hökumət işlərinin idarəsində onları vəzifələndirmişdir. Bu səbəbdəndir ki, İmam Əli (ə) buyurur: “Ey mühacirlər! Biz bu işə (hökumət etməyə) sizdən daha layiqliyik”.

Hər bir halda İmam sözü daha çox müqəddəs insanlar barəsində istifadə olunur. Xəlifə isə adi rəhbərlər barəsində.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031