İnsanı peşman olmağa qoymayan 3 sifət
Mьəllif: admin1
Tarix: 11-06-2019, 09:02
İnsanı peşman olmağa qoymayan 3 sifət
İmam Cavad (ə) buyurur: “Üç şey vardır ki, hər kim ona malik olar, peşman olmaz:

1. Tələsməkdən çəkinmək.

2. İşlərdə məsləhət etmək.

3. Bir işin qərarını verən zaman Allaha təvəkkül etmək”.

Mübarək dinimiz bizə ən yaxşı və ən pis insanları tanıdır.

İmam Həsən Müctəba (ə) buyurur: “İnsanlar dörd dəstədirlər:

1. O dəstə ki, əxlaqları vardır, ancaq dünyadan (bəhrələri) yoxdur.

2. O dəstə ki, dünyadan bəhrələri vardır, ancaq əxlaqları yoxdur.

3. O dəstə ki, nə (dünyadan) bəhrələri vardır, nə də əxlaqları. Onlar – ən pis insanlardırlar.

4. O dəstə ki, həm əxlaqları vardır və həm də dünyadan bəhrənirlər – onlar ən yaxşı insanlardırlar”.

Bəs Qiyamət günü Allahın nəzərində olan kəslər kimlərdir?

İmam Sadiq (ə) buyurur: “Qiyamət günü 4 nəfər Allahın nəzərində olar:

1. O kəs ki, satışdan peşman olan tərəfin, malını qaytarar. (Yəni, satın aldığı maldan peşman olan alıcının malını satıcı geri alar).

2. O kəs ki, qəmi qəlbdən aparar.

3. O kəs ki, qul azad edər.

4. O kəs ki, subayı evləndirər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930