Öz eybini görən, başqalarının eybini axtarmaqdan uzaq olar
Mьəllif: admin1
Tarix: 2-06-2019, 12:25
Öz eybini görən, başqalarının eybini axtarmaqdan uzaq olar
İmam Əli (ə) buyurur: “Eyb axtarmaq – ən çirkin eyblərdən və ən pis günahlardandır”.

İmam Əli (ə) buyurur: “Sənin üçün ən mənfur insan, ən uzaq insan o kəs olmalıdır ki, hamıdan çox insanların eybini axtarar”.

İmam Sadiq (ə) buyurur: “Nə zaman görsəniz ki, bəndə başqalarının eyblərini axtarır və öz günahlarını yadından çıxartmışdır – bilin ki,İlahi məkrə giriftar olmuşdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Xoş olsun o kəsin halına ki, öz eybi, mömin qardaşlarının eybini axtarmaqdan saxlayar”.

İmam Əli (ə) buyurur: “Ən üstün insan – o kəsdir ki, öz eybləri onu başqalarının eyblərini axtarmaqdan saxlayar”.

İmam Əli (ə) buyurur: “O kəs ki, başqalarının eyblərini axtarmaq ardıncadır, gərək özündən başlasın”.

İmam Sadiq (ə) buyurur: “İnsan üçün ən faydalı şey odur ki, başqalarından daha tez öz eyblərini islah etməyə çalışar”.

İmam Əli (ə) buyurur: “Ən aqil insan o kəsdir ki, öz eyblərinə qarşı ayıq, başqalarının eyblərinə qarşı kor olar”.

İmam Əli (ə) buyurur: “O kəs ki, öz eybini görər, başqalarının eybini axtarmaqdan dayanar”.

İmam Əli (ə) buyurur: “Hər kim öz büdrəməsini görər, başqalarının büdrəməsi onun nəzərində kiçik olar”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930