Orucun yetmiş bərabəri olan oruc necə olur?
Mьəllif: admin1
Tarix: 6-04-2024, 10:41
Orucun yetmiş bərabəri olan oruc necə olur?
Ramazan ayının böyük hissəsi arxada qalmışdır. Amma qalan günlərindən bəhrələnmək fürsətimiz qalır.

Bu günlərin orucunu necə tutaq ki, maksimal bəhrə aparaq?

Həzrət Peyğəmbər (s) Şəbaniyyə xütbəsində buyurur: “Ey insanlar! Bu ayda behiştin qapıları üzünüzə açılacaqdır. Allahdan istəyin ki, onları üzünüzə bağlamasın.

Cəhənnəmin qapıları bağlanacaqdır. Allahdan istəyin ki, onları sizin üzünüzə açmasın.

Şeytanlar zəncirdədirlər. Allahdan istəyin ki, onları təkrar sizə hakim etməsin”.

Əgər Həzrətin (s) buyurduqlarına diqqətlə baxsaq, görərik ki, bu dəyərli sözlərdə həqiqi oruc tutanın sifətləri gizlənmişdir. Həzrət Peyğəmbər (s) bizə buyurur ki, həqiqi oruc tutan necə rəftar edib, necə dualar etməlidir.

Həzrətin (s) bizə tövsiyələrində oxuyuruq ki, buyurur: “Dillərinizi saxlayın. Gözlərinizi halal olmayana bağlayın. Qulaqlarınızı haram söz və səs eşitməkdən qoruyun”.

Ona görə də oruc tutan, bu aydakı məqamını qorumağa çalışmalı və bilməlidir ki, istisnavi bir ayda qərar tutur və bütün varlığı ilə Allaha itaət etməlidir.

Bəs orucun yetmiş bərabəri olan oruc necə olur?

İmam Sadiq (ə) buyurur: “Əgər orucunun iftarını qardaşının evində etsən, savabı əsas orucun yetmiş bərabəri qədər olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930