Mübarək Qədr gecəsində istiğfar namazı qılmağı unutmayın
Mьəllif: admin1
Tarix: 28-05-2019, 23:13
Mübarək Qədr gecəsində istiğfar namazı qılmağı unutmayın
Mərhum arif və əxlaq ustadı Həzrət Ayətullah Şahabadi (r.ə) dünyəvi və mənəvi problemləri olanlar üçün aşağıdakı “İstiğfar namazı”-nı tövsiyə etmişdir. Özünün dediyinə görə, hətta bu namazı 17 il övladı olmayanlara tövsiyə etmiş və onlar övlada sahib olmuşlar.

İstiğfar namazının qılınma qaydası belədir:

Bu namaz eyni ilə Sübh namazı kimi iki rəkətdir və aşağıdakı kimi qılınır:

Niyyət: “İstiğfar namazı qılıram qürbətən iləllah”.

1-ci rəkətdə Həmddən sonra Tövhid (Qulhuvəllah) surəsi oxunur və onun ardınca 15 dəfə: “Əstəğfirullahə rəbbi və ətubu iləyh” zikri deyilir.

2-ci rəkətdə Həmddən sonra Qədr surəsi oxunur və onun ardınca 15 dəfə: “Əstəğfirullahə rəbbi və ətubu iləyh” zikri deyilir.

Rüku zikri: Hər iki rəkətin rükusunda 10 dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” deyilir.
*** Rükudan qalxdıqdan və səcdəyə getməmişdən öncə ayaq üstə yenə də 10 dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” deyilir.

Səcdə zikri: Hər iki rəkətin səcdəsində 10 dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” deyilir.
*** Birinci səcdədən sonra, yəni iki səcdənin arasında və ikinci səcədədən sonra oturaq halda yenə də 10 dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” deyilir.

*** İkinci rəkətdə ikinci səcədədən sonra deyilən 10 “istiğfar” zikrindən sonra təşəhhüd və salam deyilirək namaz tamamlanır.

**** Hər iki rəkətdə rüku və səcdə zikrləri eyni şəkildə təkrarlanır. Beləliklə iki rəkət namazda 150 dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” zikri deyilir.

**** Namazın qunutunda istənilən dua oxuna bilər. Xüsusi zikri yoxdur qunutda.

İstiğfar namazının mənbəsi:

صلاة الاستغفار: عَنِ النَّبِيِّ ص أَنَّهُ قَالَ: إِذَا رَأَيْتَ فِي مَعَاشِكَ ضِيقاً وَ فِي أَمْرِكَ الْتِيَاثاً فَأَنْزِلْ حَاجَتَكَ بِاللَّهِ عَزَّ وَ جَلَّ وَ لَا تَدَعْ صَلَاةَ الِاسْتِغْفَارِ وَ هِيَ رَكْعَتَانِ تَفْتَتِحُ الصَّلَاةَ وَ تَقْرَأُ الْحَمْدَ وَ إِنَّا أَنْزَلْنَاهُ مَرَّةً وَاحِدَةً فِي كُلِّ رَكْعَةٍ ثُمَّ تَقُولُ بَعْدَ الْقِرَاءَةِ أَسْتَغْفِرُ اللَّهَ خَمْسَ عَشْرَةَ مَرَّةً ثُمَّ تَرْكَعُ فَتَقُولُهَا عَشْراً عَلَى هَيْئَةِ صَلَاةِ جَعْفَرٍ رَضِيَ اللَّهُ عَنْهُ يُصْلِحُ اللَّهُ لَكَ شَأْنَكَ كُلَّهُ.

Bu namazı 6-cı hicri-qəməri əsrinin tanınmış şiə alimi Həsən ibn Fəzl Təbərsi özünün məşhur “Məkarimul-Əxlaq” (s.328) kitabında Həzrət Peyğəmbərdən (s) nəql edib. Peyğəmbər (s) həmin hədisdə buyurur ki, dolanışığızda və ya hər hansı bir işinizdə çətinliklə üzləşdikdə “istiğfar namazı”ını qılın. İnşaallah, Allah işlərinizi islah edər.

****Namazın mənbəsində qeyd olunduğu kimi namazı istənilən vaxt qımaq olar.



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930